Hadisə
Hadisə
Evdən qızıl oğurlayan tutuldu
Şəki şəhərində evdən oğurluq olub.
Mumtv.az bildirir ki,DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az -a verilən məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Nicat Abdulkərimov saxlanılıb. Oğurladığı qızılların bir qismi maddi sübut kimi götürülüb.
Qeyd edək ki, oğurlanan qızılların ümumi dəyəri 1500 manat təşkil edir.