Hadisə

Ananı yaraladı, oğlu ilə qızını öldürdü
Bakıda bacı-qardaşı qətlə yetirməkdə təqsirli bilinərək həbs olunan Azər Cəfərovun cinayət işi.

Mumtv.az "Ölkə.Az"a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunun Keşlə qəsəbəsində baş verib. 2001-ci il təvəllüdlü Saqil Qasımzadə və onun 26 yaşlı bacısı Fəridə qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Azər Cəfərov tutulub.

Azər Cəfərov ifadəsi zamanı bildirib ki, qətlə yetirdiyi şəxslər arvadının qohumları olub. O, ifadəsində əvvəlcə Saqil Qasımzadəni qətlə yetirərək avtomobilin yük yerinə qoyduğunu, daha sonra isə ailənin digər üzvlərinin yaşadığı evə yollandığını bildirib.
Hadisə baş verən günü Azər həyətinin arxa tərəfində hasar üçün taxtaları daşımaq lazım olduğundan qonşuluqda yaşayan Lətifə Məmmədovanın oğlu Saqili köməyə çağırıb.

Azər Cəfərov: "Bir az Saqilnən taxta daşıdıq sonra birdən yadına düşdü ki, Lətifənin böyük oğlu deyirdi ki, evdə pul yığıram.Fikirləşdim ki, borclarımı qaytarmaq üçün evlərində 5 min manata yaxın pul olar"

Bu məqsədlə o, həmin məbləği ələ keçirmək barədə düşünüb.

Həmin gün saat 18-radələrində taxta parçası ilə qəflətən Saqilin başına möhkəm zərbə vurub və nəticədə o, huşunu itirərək yerə yıxılıb. Daha sonra oğlanın əllərini, ayaqlarını və boğazını trosla bağlayıb, onu avtomobilinin yük yerinə yerləşdirib.

Sonra qohumları Lətifəgilin evinə tərəf gedən Azər Cəfərov yolda ailənin böyük oğlu Fərid Qasımazadə ilə rastlaşıb və onlar birlikdə mənzilə daxil olublar. Qadın onlara yemək süfrəsi açıb. Bir müddətdən sonra Azər qohumları ilə sağollaşaraq Fəridlə birlikdə evdən çıxıb.

Fərid Qasımzadənin evdə olmadığına əmin olandan sonra Azər yenidən həmin mənzilə qayıdıb. Qapını isə onun üzünə Lətifə Məmmədova açıb. Azər Cəfərov qapını açan qadına sağ əlində hazır vəziyyətdə olan kəsici alətlə boyun və sinə nahiyyəsindən bir neçə zərbə endirib.

 
 
 
 
Nospa_Video_Qaraj

 

Qadın yerə yıxılaraq hərəkətsiz vəziyyətdə qalıb. Bu zaman Lətifənin qızı Fəridə anasını yerdə yıxıldığını görüb qışqırmağa başlayıb.

Vaxtı itirmək istəməyən Cəfərov dərhal giriş qapısının yanında qıza hücum edərək boğazından ardıcıl zərbələr vurub.

Məhkəmə tibbi ekspertizanın rəyinə əsasən Fəridə Qasımovanın üzərində 27 ədəd kəsilmiş-deşilmiş yara aşkar edilib.

Azər Cəfərov hadisədən sonra qətlə yetirilən şəxslərin mənzilindən oğurluq da edib. O, evdən 207 ABŞ dolları və 250 manat pulu götürərək hadisə yerini tərk edib.

Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunan Azər Cəfərov məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.


Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər