Hadisə
Hadisə
Ağdaşda 1 tondan artıq çətənə bitkisi yandırılaraq məhv edilib
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş–xaş 2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq, keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Nehrəxəlil və Pirəyir kəndləri ərazisində yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar edilib.
Mumtv.az Metbuat.az-a istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, ümumi çəkisi 1 ton 58 kiloqram olan 7 138 ədəd çətənə bitkisi polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.