Hadisə

Nardaranlı Mirseymuru öldürən Çeçenistanda gizlənir - ŞOK BİLGİLƏR
 
 
 
 
 
 
 
 
 
 

Çeçen "qanuni oğru”lar vətənlərinə  toplaşır; Kazbek Dokuzovun 2003-cü ildə baş vermiş qətillərlə nə əlaqəsi?  

Rusiyada "qanuni oğru”larla bağlı qanun sərtləşdirildikdən sonra slavyan və digər millətlərdən olan kriminallar ölkə sərhədlərini tərk etməyə məcbur olublar. Amma bu qadağanın sanki Çeçenistana aidiyyəti yoxdur. 

Belə ki, çeçen "qanuni oğru”lar respublika ərazisində heç bir təhlükə hiss etmədən yaşayırlar. Bu "qanuni oğru”lar ölkə xaricində və federasiya ərazisində demək olar ki, qeyri-fəaldırlar. Buna baxmayaraq, Zaxari Kalaşovun( Şakro) və Oleq Şişkanovun (Şişkan) həbsindən sonra  yaxın günlərdə Rusiya kriminalında vəziyyət kökündən dəyişə bilər. 

Çeçenistanda son illərədək yerli kriminal vəziyyətin sahibi kimi Əziz Batukayevi (Əziz)  görürdülər. Bu həmin Əzidir ki, indi onu vaxtından əvvəl azadlığa buraxdıqları üçün hazırda Qırğızıstanın sabiq prezidenti də daxil olmaqla bir neçə vəzifəli şəxs həbs edilib. Onu xəstə adı ilə çox böyük çətinliklə və indi məlum olur ki, həm də rüşvət hesabına  Qırğızıstandan şəxsi təyyarə ilə Qrozniya gətirmişdilər. O zaman bu işdə əsas fiqurant kimi Çeçenistan prezidenti Əhməd Kadırovun adı hallanırdı. 

Yeri gəlmişkən,  azərbaycanlı "qanuni oğru” Nadir Səlifov(Lotu Quli) və Əziz arasında  gərginlik olması barədə bir müddət əvvəl xəbərlər vardı. Bildirilirdi ki, qarşıdurma Moskvanın üç bazarı üstündə yaranıb. Əziz bazarlarda Qulinin adamlarının möhkəmləndiyinə məhəl qoymayıblar. Baş verənlər barədə Əzizin izahatını gözləməyən Quli özü ona zəng vurub. Çeçen avtoritet kobud tərzdə obyektlərin ona çatdığını bildirib. Nadir Səlifov cavabında söz verib ki, bunun mütləq qarşılığı olacaq. Bundan sonra kriminalların münasibəti haqda heç bir müfəssəl məlumat yoxdur.

Çeçenistana qayıtdıqdan sonra Əziz Batukayevə böyük ümidlər  bəslənirdi. Ancaq o, ümidləri doğrultmadı və Çeçenistandakı kriminal favoritlər sırasından çıxdı. Hazırda Çeçenistanda Gilani Əliyev( Ağbaş Gilani), İslam Edilqiriyev(Böyük İslam), Əziz və bir neçə gün əvvəl azadlığa buraxılan Əhməd Dombayev  klanları mövcuddur. Böyük İslam və Ağbaş Gilaniyə də «stavka» edilmədi. Hamı onu -Əhməd Dombayevi (Şalinskini) gözləməyə başladılar ki,  məhz o, çeçen mafiyasının rəhbəri olmalıdır. 

 Beləliklə, bir neçə gün əvvəl 38 yaşlı  Dombayev azadlığa buraxılıb və Çeçenistana qayıdıb. Onu vətənində qəhrəman kimi qarsalayıblar.  Ehtimal edilir ki, o, təkcə çeçenlərin «1 №-li qanuni oğrusu» olacaq və həm də əvvəllər Azərbaycan kriminal diasporunun nəzarəti altında olmuş ən gəlirli obyektləri öz əlinə ala biləcək.

Ehtimal olunur ki, mövcud situasiyanı kardinal şəkildə dəyişməyi yalnız Əhməd Dombayev bacarar və o, əhəmiyyətli dəstəyin olacağı təqdirdə, kriminal boss olmağa cəhd göstərə bilər – xüsusilə bazarlar onun nəzarəti altına keçər.

Dombayev – idmançıdır və dindardır. Narkotikdən uzaqdır. Demək olar ki, Dombayev lap gənc yaşlarından müxtəlif həbsxanalarda cəza çəkib. Cavanlıqda qarətçilik və quldurluğa görə mühakimə olunub, sonuncu dəfə isə böyük səs-küylü iş üzrə dəmir barmaqlılar arasına düşüb. 

Amma Rusiya mənbələri iddia edir ki, çeçen mafiyasının lideri Şalinski deyil, onun da böyük qardaş bildiyi  Kazbek Dokuzovdur. 

Kazbek Dokuzov "Forbs”un rus versiyasının rəhbəri Pol Xlebnikovun 2004-cü ildə baş verən qətlində suçlanır və federal axtarışdadır. Amma  onun Çeçenistanda sərbəst gəzdiyi haqda da iddialar var. Kazbek Dokuzov 2000-ci illərdə Moskvaya gəlib və burada Artik Dabçayev və Müslum Xasxanovun dəstəsinə daxil olub. Bu dəstə Moskvada bir sıra avtoservislər, mehmanxanalar və sairə nəzarət edirdi. Artik və Muslümun azərbaycanlı "qanuni oğru” Mirseymur Abdullayevlə (Nardaranlı Mirseymur) problemləri yaranır. 

2003-cü ilin 21 martında Kutuzov prospektindəki "Take" barında tərəflər arasında görüş təyin edilib. Bu zaman killer içəri girməmiş, elə vitrinin o üzündən atəş açaraq çeçenlərin oturduğu masanın arxasında oturanları güllələmişdi.  Sui-qəsd nəticəsində Artik, Müslüm və Otar(lotu Otar) aldıqları güllə yaralarından həlak olurlar. Həmin masada olan Kazbek Dukuzov isə xəsarət aldı. Bir neçə gün sonra Kazbek müalicə aldığı xəstəxanadan qaçır. İki ay sonra "Peşera" gecə klubunda  azərbaycanlı "qanuni oğur - Lotu Mirseymur və dostu İlyas Babayev öldürülür. Rusiya hüquq-mühafizə orqanları iddia edir ki, azərbaycanlıları güllələyən iki killerdən biri Kazbek olub. 

Nardaranlı Mirseymuru ile ilgili görsel sonucu

Moskvanın "Niyə Çeçenistanda "qanuni oğru”lara qarşı cinayət işi açılmır” sualına belə cavab verilib: "Bunun üçün Allahın iradəsi lazımdır, o da hələ yoxdur...” 

Yeri gəlmişkən, indi həbsdə yalnız bir çeçen "qanuni oğru” – Ömər Ufumski qalır. O da cəzasının heç bir "qanuni oğru” ya nəsib olmayan Moskva vilayətindəki həbsxanada çəkir. Adətən, belə kriminalları Rusiyanın ucqarlarındakı həbsxanalara göndərirlər./musavat.com/


Son xəbərlər

Mayda əfv olacaq - Yüzlərlə insan azadlığa çıxacaq (AÇIQLAMA)

ABŞ İsrailə 25 F-35A döyüş təyyarəsi və mühərriklərinin satışını təsdiqləyib

Nazir Pərvin Kazımova vəzifə verdi

İctimai yerlərdə “Wi-Fi” təhlükəsi (VİDEO)

“Əməliyyat üçün 25 min dollar lazımdır” - Allahverdi Yolçuyev

Qadınların stress keçirərkən dəriləri bu maddələri ifraz edir

"Nəvə nənədən, nənə babadan, baba...." - Abşeron - Xızı Regionalda təhsilin "vayına oturanlar"

Moskvada Bakı və İrəvan arasında normallaşma müzakirə edildi

Dərmanları bahalaşdıranlar kimlərdir? (VİDEO)

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? – Adil Kərimlinin masasına

"İldə 5-6 dəfə bizim asfalt örtüyümüzü " təzələyirlər"."- Kürdəmir sakini İTTİHAM edir...

Xırdalan 9 saylı tam orta məktəbdə hansı qanunsuzluqlar hökm sürür və dövlət büdcəsi necə talan edilir? ARAŞDIRMA

Anar Qalayevin fəaliyyətini bir araşdıran olsa... - İTTİHAM VAR...

Özünü qanunlardan üstün sayması bir yana... - ÖZBAŞINALIQ!

Rövşən Məmmədov tanınmış jurnalisti təhqir edən əməkdaşını işdən qovdu — FOTO

Suraxanı İcra Hakimiyyətində qanvermə aksiyası - FOTO

Bu şəxslər 2500 manat cərimə ediləcək

Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO

ISW rusların bu il Ukraynada nə qədər ərazini ələ keçirdiyini açıqladı

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Bütün xəbərlər