Hadisə

"İvanovka" adından istifadə edən saxtakarların ADLARI AÇIQLANDI - EKSKLÜZİV
 
 

 
 

 
 

"İvanovka” adı ilə insanlar 20 ildir aldadılır”.

Bunu Lent.az -a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. O bildirib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) bu sahədə gördüyü işlər zəruridir:

 

"Lakin təəssüf ki, görülən işlər kafi deyil, çünki qurumun yaydığı məlumatlarda əksər vaxtlarda konkret adlar, ünvanlar göstərilmir. Məsələn, yaxınlarda AQTA şadlıq evlərində "nərə” balığı adı altında təklif olunan balıqlarla, eləcə də saxta spirtli içkilərlə bağlı məlumatlar yaysa da, yer və ünvanlar göstərilmədi. Bir sözlə, verilən məlumatlar istehlakçıları tam təmin etmir.

Qeyd edim ki, bu cür məlumatlardan sonra bizə müraciətlərin sayı da çoxalır”.

E.Hüseynov əlavə edib ki, indi ölkədə İvanovka kəndindən mal gətirib satan qanuni üç dükan var:

"Ancaq hazırda 20-dən çox dükan bu ad altında fəaliyyət göstərir. AQTA yarandığı gündən AİB onlara sözügedən məhsullarla bağlı müraciət edərək bildirmişdi ki, ölkədə qanunsuz olaraq "İvanovka” adı ilə aldatma baş verir.

"İvanovka” adı altında süd məhsulları da istehsal olunur. Onların həmin kəndlə heç bir əlaqəsi belə yoxdur. Mən bununla bağlı kəndin kolxoz sədrləri ilə, eləcə də icra başçısı ilə bir neçə dəfə danışmışam.

Mövcud qanunvericiliyə görə, "İvanovka” adı ilə mal istehsal edənlərin müəssisələri ya İvanovkada yerləşməli, ya da oradan xammal gətirməlidir. Tədqiqat göstərir ki, bunların heç biri baş tutmur. Əksər hallarda kənddən olan kolxoz sədri ilə niyyət protokulu imzalanır. Protokolda bildirilir ki, kənddən süd gəlməlidir, ancaq bu baş tutmur”.

Birlik sədri "İvanovka” mal nişanı adı altında saxta məhsul istehsal edən şirkətlərin adlarını da sadalayıb:

"Məsələn, "Uzun Ömür İvanovka” adlı süd istehsalat şirkətində, eləcə də "Qafqaz İvanovka” Məhdud Məsuliyyətli Cəmiyyətdə antisanitar şəraitdə mal istehsal edilir. Hətta "Qafqaz İvanovka”nın mal nişanının saxtasını təzədən mənimsəyən başqa müəssisə də hazırda fəaliyyət göstərir.

Eyni zamanda, qurum olaraq bununla bağlı bir neçə dəfə müvafiq qurumlara müraciət etsək də, hələ ki müsbət nəticə əldə edilməyib”.

Mövzu ilə əlaqədar AQTA-ya sorğu göndərilib. Sorğu cavablandırılan zaman bu barədə yenidən ətraflı məlumat veriləcək.

Xatırladaq ki, ötən ay - oktyabrın 22-də AQTA tərəfindən Bakı şəhəri, Binəqədi rayonunda fəaliyyət göstərən fiziki şəxs Muradov Elxan Mürşüd oğluna məxsus süd məhsulları istehsalı sexində aparılan yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulması faktları aşkar edilib.

Aşkarlanan mənşəyi bilinməyən süd məhsulları arasında ölkənin bir sıra market və mağazalarında satılan "İvanovka" adlı məhsul (şor) da olub. Belə ki, məhsulun markalanmasında "İvanovka” coğrafi adından istifadə etməklə istehlakçıların aldadılması və hüquqlarının pozulması faktı aşkarlanıb. Məhsulun etiketlənməsində isə istehsalçı kimi hazırda fəaliyyət göstərməyən subyektin adı və ünvanı qeyd edilib.

Emal sahəsində xammal və hazır məhsulların eyni soyuducu kamerada, mal qonşuluğu qaydalarına əməl olunmadan saxlanıldığı aşkar olunub. İnsanların həyat və sağlamlığına təhlükə yaradacağına dair əsaslı şübhələr olduğundan məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.


Son xəbərlər

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Bütün xəbərlər