Hadisə
Hadisə
Bakıda iki minik avtomobili toqquşdu, biri yandı
Bakı şəhərinin Nərimanov rayonunda "Audi” və "Lada" markalı iki minik avtomobili toqquşub.
Fövqəladə Hallar Nazirliyindən MUMTV.az-a verilən məlumata görə, nəticədə "Audi” markalı minik avtomobilinin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb. Avtomobilin qalan hisəssi və digər avtomobil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb./Trend