Hadisə
Hadisə
Rusiyada hərbi hissədə əsgər 7 nəfəri güllələyib öldürdü
Rusiyanın Zabaykalye diyarında hərbi hissələrin birində atışma olub.
MUMTV.az-ın məlumatına görə, müddətli hərbi xidmət keçən bir əsgər öz xidmət yoldaşlarına atəş açıb.
Hadisə nəticəsində 7 nəfər həlak olub, daha iki nəfər yaralanıb. İnsident qarovulun dəyişməsi zamanı baş verib.
Hazırda hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır./Trend