Hadisə
Hadisə
Boşandı, 1 aya sevgili tapdı - Fotolar
Bir müddətdir yaradıcılığına fasilə verən dünyaca məşhur müğənni Adelin şəxsi həyatında dəyişiklik olub. "MUMTV.az” xəbər verir ki, Simon Koneckidən boşanan sənətçi qısa müddət sonra repçi Skepta ilə adı hallanmağa başlayıb.
İngiltərə KİV-ləri yazır ki, 31 yaşlı ifaçı özündən 6 yaş böyük sənətçi ilə sevgilidir.
Bundan əlavə, Adelin iki həftə əvvəl Skeptanın 37-ci ad günü şənliyində iştirak etməsi şayiələri daha da gücləndirib. Cütlüyün yaxın dostlarının məlumatına əsasən, hər iki tanınmış şəxs münasibətlərini gizli tutmaq tərəfdarıdır.
Qeyd edək ki, Adellə Simon ötən ayın əvvəlində rəsmi olaraq ayrılıblar. Onların bu nikahdan Angela adlı oğlan övladı var. /Qafqazinfo