Gündəm

MUMtv.az: -  Bakıda Nərimanov rayonunda yaşayan Lalə Məmmədova avqustun 5-də Nərimanov rayonu Hidayətzadə 11 ünvanında yerləşən 8 saylı Şəhər Poliklinikasında kobud rəftar və təhqirlə üzləşdiyini bildirib.

Bu məsələ ilə bağlı Bizimyol.info saytına müraciət edən Lalə Məmmədova bildirib ki, Tədris Cərrahiyə Klinikasında çalışır və 8 aylıq hamilə olduğu üçün, analıq məzuniyyətinə çıxıb.

"Hamilə xanımlara peyvənd olmaz və bunun üçün də arayış lazım olduğu üçün, mən bizim ərazidə olan 8 saylı Şəhər Poliklinikasına müraciət etməyi qərara aldım. Ondan əvvəl isə "E-Təbib” tətbiqi ilə, Masazırda qeydiyyatda olan qayınanam üçün 8 saylı Şəhər Poliklinikasına növbə götürdüm. Lakin poliklinikaya gəldiyimizdə kobudluq və karantin qaydalarına zidd bir vəziyyətlə üzləşdik. Heç kimin maskası yoxdur və həkimlər, tibb bacıları kobud, yüksək səslə danışırlar. Nə mən arayış ala bildim, nə də qayınanama vaksin vurdular”, - deyə L.Məmmədova qeyd edib.

O, qayınanasına peyvənd vurulması üçün tibb bacısına yaxınlaşdıqları zaman, baş həkim Tamilla Kərimovanın onlara yaxınlaşdığını və peyvəndə icazə vermədiyini bildirdi.

"Xahiş etdim ki, mən hamiləyəm, qayınanam da yaşlı qadındır. Bizi bu istidə Masazıra getməyə məcbur etməyin. "E-Təbib”dən də növbəmiz olduğunu bildirdik. Həmçinin, həmkar olduğumu da dedim və xahiş etdim ki, bizi incitməsin. Lakin Tamilla xanım kobudluğuna davam etdi. O, hamilə olduğumu görə-görə, "mən icazə vermirəm, vəssəlam” deyə üstümə qışqırdı, məni "dəli”, "tərbiyəsiz” kimi sözlərlə təhqir edib qovdu.

L.Məmmədova bildirdi ki, TƏBİB və Səhiyyə Nazirliyinə dəfələrlə zəng etsə də, buna müvəffəq ola bilməyib: "Məcbur qalaraq, Masazır Poliklinikasına getdik. Orda isə hər şey qaydasında, hətta yüksək səviyyədə idi. Qayınanama vaksin vurdular, çox da hörmətlə yola saldılar. Mən təəccüb etdim ki, şəhər poliklinikası ilə kənd poliklinikası arasındakı fərq belə olmalıdır?”.

L.Məmmədovanın şikayətini dinlədikdən sonra, biz də dəfələrlə TƏBİB, Səhiyyə Nazirliyi və 8 saylı Şəhər Poliklinikasına zəng etdik.

Həqiqətən də, respublikamızda "qaynar xətt” sözünü necə anlamaq lazımdır, bu "qaynar xətt” deyilən şey nə üçündür... Bu kimi suallarımız da yarandı. Ümid edirik, tezliklə bu və digər suallarımıza cavab tapacağıq.//Bizimyol.info

 

Son xəbərlər

Bu şəxslər 2500 manat cərimə ediləcək

Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO

ISW rusların bu il Ukraynada nə qədər ərazini ələ keçirdiyini açıqladı

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Bütün xəbərlər