Gündəm

Şəhid ailəsi hüquq-muhafizə orqanlarından prezidentə şikayət etdi...
MUMtv.az: - Mətbuatda adının çəkilməsini istəməyən şəhid ailəsi media vasitəsilə Prezidentə müraciət ünvanlayıb.

"DogruXeber.az" informasiya agentliyinin redaksiyasına daxil olan müraciətdə xanım Hüquq-mühafizə orqanlarından şikayətçi olduğunu bildirir.

Xanım bildirir ki, "övladı ikinci qrup əlildir. Hərbi xidmət zamanı başından aldığı ağır travmadan sonra, onda psixoloji problemlər yaranıb.

1 saylı psixiatriya xəstəxanasının verdiyi komissiya rəyində "nəzarətsiz işləyə bilməz" sözləri qeyd olunub.

Lakin, 2019-cu ildə oğlumla iki il birlikdə qeyri-rəsmi yaşayan bir qadının şikayəti əsasında övladım həbs olunub.

Maraqlıdır ki, 2004-cü ildən, 2014-cü ilə qədər 3-cü qrup, 2014-cü ildə yenidən hərbi xidmətə getmək üçün oğlumun özünün hərbi komissarlığa müraciət etdiyində, hərbi həkim komissiyasının qərarı ilə əlillik dərəcəsinin dəyişdirilərək 2-ci qrup olduğu halda, övladım həbs olunarkən Maştağa qəsəbəsində yerləşən 1 saylı psixiatriya xəstəxanası özü öz verdiyi rəyi təkzib edərək məhkəməyə sağlam olduğu barədə arayış verib.

Bundan əlavə qadın övladımın ondan borc pul almasından və ona hədə-qorxu gələrək pul tələb etməsi barəsində polisə şikayət ərizəsi ilə müraciət edib.

Hansı ki, oğlumun əlilliyə görə aldığı pensiyanın kartı 2018-ci ilin sentyabr ayından (şikayət etməzdən bir il əvvəldən) şikayətçi qadındadır, oğlumun pensiyasını o alır.

2020-ci ilin yanvar ayına qədər aldığı pensiyanın məbləği 2.682 (iki min altı yüz səksən iki) manatdır.

Üstə gəl 24-cü Polis bölməsində oğlumun işini aparan müstəntiq Fuad Bağırov oğlumun azadlığa çıxacağına söz verərək məndən pul istədi.
Bankdan 3.000 (üç min) manat kredit götürüb yenidən Fuad Bağırovun yanına qayıtdım. Fuad Bağırov pulun üstündən 1.000 (min manat) götürüb cibinə qoydu. Sonra mənə dedi ki, "bibi, Bəyəliyevanı çağırmışam. Ona da biraz pul verək, məhkəmə görsün ki, borcdan ödənir, oğlunun xeyrinə qərar versin." Elə həmin gün 1.150 (min yüz əlli) manat da şikayətçi Bəyəliyevaya verildi. Lakin, aradan bir müddət keçdikdən sonra Fuad Bağırov mənə zəng edib dedi ki, "oğlunun işi alınmadı, ona görə də mənə verdiyin 1.000 (min) manatı da verdim şikayətçiyə.
Dedim: - "çox səhv eləmisən. Alınmırsa, uşağım həbsə girirsə mən o qadına niyə pul verməliyəm?!"

Bununla da bağlı hara müraciət etdimsə də, müraciətimə baxılmadı.

Mənim xəbərim olmadan mənim pulumu o qadına niyə verməlidir. 7.000 (yeddi min) manat borc müqabilində (2.862+2.150 azn) ödənildiyi halda övladım hələ də həbsdədir.

Cəzası varsa çəksin. Etirazım yoxdur. Qanun qarşısında hamımız acizik.

Amma, bilmək istəyirəm necə olur ki, qadın oğlumun ona hədə-qorxu gələrək pul tələb etdiyini dediyi halda, oğlumun könüllü olaraq ona verdiyi kartdan hər ay pensiyasını alır.
Belə hədə-qorxu harda görünüb?

Madam ki, mənim övladım həbsdədir və cəzasını çəkir, mən də o qadının bu günə qədər aldığı bütün məbləği geri istəyirəm.

Oğlumun ailəsi və azyaşlı övladlarına baxa bilmirəm. Heç bir maddi gəlirim yoxdur.

Bu barədə Azərbaycan respublikasının Baş Prokurorluğuna, Daxili İşlər Nazirliyinə dəfələrlə müraciət etmişəm.

Baş prokurorluq işi göndərir Bakı şəhər Prokurorluğuna, Bakı şəhər Prokurorluğu göndərir Nizami rayon 23 saylı polis bölməsinə, 23 saylı bölmə deyir "bizə səhvən gəlib", göndərir 25 saylı Polis bölməsinə. 25 saylı deyir "bizə səhvən gəlib", o da göndərir 23 saylı polis bölməsinə. Beləcə aralarında ötür-ötür oynayırlar.

Bu nə deməkdir?

Hüquq-mühafizə orqanları belə mühafizə edir hüquqlarımızı?

Bundan əlavə övladım mövcud vəziyyəti ilə əlaqədar həkim komissiyasının da qərarında yazıldığı kimi həkim nəzarəti altında olmalıdır.

Hazırda həbsdə olduğu 6 saylı cəzaçəkmə müəssisəsində aylardır baş həkim Əziz doktor onu get-gələ saldıqdan sonra, ötən ay bir dərman verdi, övladım 3 gün yuxudan oyana bilmirdi.

Mənim övladım şiddətli baş ağrılarından şikayət edir, Əziz doktor ona yuxu dərmanı verir.

Uğradığı haqsızlıqlarla bağlı aidiyyəti qurumlara şikayət ərizələri yazır, həbsxana ərizələri aidiyyəti ünvana göndərmir.

Həmçinin, iyun ayının 1-də Bakı Apellyasiya Məhkəməsinə, hakim Həsən Əhmədova, Ali məhkəməyə müraciət ünvanlayıb. Bu qədər müddət ərzində nə Ali məhkəmədən bir cavab var, nə də Bakı Apellyasiya Məhkəməsindən. İki aydan artıq müddətdə bir məktuba cavab belə verilməməsi qanun keşikçilərinin özlərinin qanun pozuntusu deyilmi?

Hüquq-mühafizə orqanlarının bu cür saymazlığı məni və mənim kimi milyonlarla vətəndaşları cana doyurub.

İndi üzümü tuturam Cənab İlham Əliyevə.

Möhtərəm Prezident, mən sizə də dəfələrlə yazılı müraciət etmişəm. Lakin bilirəm ki, sizin bundan xəbəriniz yoxdur.

Mən şəhid ailəsiyəm. Həyat yoldaşım 1991-ci ildə şəhid olduqdan sonra övladlarımı təkbaşına çox çətinliklə böyütdüm.

İndi sizin köməyinizə ehtiyacım var.

Sizdən ana kimi xahiş edirəm, mənim övladım Babaşov Habil İrza oğlunun məsələsinə yenidən və ədalətli baxılmasına dair aidiyyəti qurumlara göstəriş verəsiniz."


Yazıda adları çəkilən Polis bölmələri, Ali məhkəmə, Bakı Apellyasiya Məhkəməsi, həmçinin Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədov, həmçinin 6 saylı cəzaçəkmə müəssisəsi, 1 saylı psixiatriya xəstəxanası və digər qurumların vətəndaşları narazı salan fəaliyyətləri barəsində şikayət nə ilk deyil, deyəsən nə də ki, son...

P.S: Yeri gəlmişkən sözügedən məsələ barəsində Bakı Apellyasiya Məhkəməsi ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da dəstəyi qaldıran olmadı.

Qeyd: İş günü və iş saatları olmasına baxmayaraq bir çox dövlət idarələrində istər vətəndaş, istərsə də media zəngləri cavabsız qalır.

Görəsən, həmin idarələrdəki telefonlar hansı məqsədlər üçün istifadə edilir?

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər