mumtv.az
mumtv.az

Ağsuda dağlıq ərazidə başlayan yanğın meşəliklərə yaxınlaşır - Diqqət!

5-08-2021, 10:51

MUMtv.az: - Ağsunun Gəgəli kəndinin şimal-qərb tərəfində, "El yeri" adlanan dağlıq ərazinin yaxınlığında yanğın başlayıb.

"Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə ötən gün saat 10-30 radələrində kol-kosluq ərazidə başlayıb. Hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu, Şamaxı və İsmayıllı yanğından mühafizə hissələrindən 5 yanğınsöndürən maşın və xeyli canlı qüvvə cəlb olunub. Hazırda yolsuzluq və çətin relyef şəraitində getdikcə yayılan yanğını söndürülməsi üçün gərgin mübarizə aparılır. Əsas diqqət yanğının dağlardakı meşəlik ərazilərə keçmədən söndürülməsinə yönəldilib. Qeyd edək ki, yanğınla mübarizəyə mülkü vətəvdaşlar da cəlb olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA