Gündəm

MUMtv.az: - "2 nömrəli Bakı Baza Tibb Kollecində müəllimlərin məzuniyyət pulu verilməyib, kabinet və şöbə müdirlərinin əmək haqları hələ də ödənilməyib. Belə anlaşılır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil Nazirliklərinin xətti ilə on minlərlə insanın narazı salınması "prossesinə” səhiyyə sistemi adından hələ ki bu tibb kolleci qoşulub. Çünki kabinetlərdə əyləşən şəxsi istəklərini dövlət mənafeyindən üstün tutan belə vəzifəlilər bəlkə də anlaya bilmirlər - siyasi hakimiyyət və vətəndaş arasında münasibətləri yox etmək "budağında oturulan ağacın gövdəsinə balta vurmağ”a bənzəyir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Fəhləyə, müəllimə, həkimə kimliyindən və partiya mənsubiyyətindən asılı olmayaraq, istənilən şəxsə pis münasibət, onu incitmək, get-gələ salmaq, əsassız yerdən işdən çıxarmaq həmin şəxsi potensial narazılar cərgəsinə qoşmaqdır.

Belə narazılıqların sayı 2 nömrəli Bakı Baza Tibb Kollecində də kifayət qədərdir. Diplomunu ala bilməyən tələbələrin, məvacibi verilməyən və işdən çıxarılma təhdidi ilə üz-üzə qalan müəllimlərin kollecin direktoru Dilarə Məmmədəliyevanın əməllərindən bezdikləri əsassız deyil.

Azərbaycan Səhiyyə nazirinin müavini Nigar Əliyeva tərəfindən himayə olunan Dilarə Məmmədəliyeva uzun illərdir ki, kollecdə başlatdığı "mənəm-mənəmlik”dən nəticə çıxarmaq əvəzinə o, hər yerdə daşıdığı soyadla öyünür. Himayəçisi nazir müavini Nigar Əliyeva olan Dilarə Məmmədəliyevanın 2 nömrəli Bakı Baza Tibb Kollecində bütün "işlərinə” Aytəkin Vəkilova rəhbərlik edir. İllər əvvəl "Semaşka” xəstəxanasında həkim işləyən, orada yol verdiyi ciddi nöqsanlar səbəbindən işdən qovulan Aytəkin Vəkilova, bu gün Dilarə Məmmədəliyevaya "çiyindaş”lıq edirsə, "qarşılığı” kollecdə narazılıq yaratmaqla da nəticələnir.

Tibb kollecində sessiya imtahanlarının, dövlət imtahanının, hətta tələbələrin praktikasının yekununda 4 fənndən ümumilikdə verdikləri zaçot üçün 200 manata qədər hər bir "əməliyyata” Aytəkin Vəkilova rəhbərlik edir. 2 nömrəli Bakı Baza Tibb Kollecində 6 şöbə Aytəkin Vəkilovaya təqdim etdikləri "hesabatları” o, da saf-çürük edib Dilarə Məmmədəliyevaya təqdim edir. Beləcə, boyunduruğa çevrilən tələbələr hesabına kollecdən milyon manatlar qazanılıb, rüşvət Səhiyyə Nazirliyinə qədər ayaq açıb.

Qanunsuzluqlar bununla da yekunlaşmır. Ora ödənilən, bir həftə sonra isə geri istənilən pulun aylarla "davası” aparılır. Belə ki, 2 nömrəli Bakı Baza Tibb Kollecində baş verən narazılıq, özbaşınalıq və qanun pozuntularına o həddə qədər göz yumulub ki, borc alınıb ora ödənilən 600 manatı tələbə geri ala bilməyib.

Jamaz.info saytının xəbərinə görə, tibb kollecinə daxil olmuş, ailənin maddi durumunun çətin olması səbəbindən Dərgahova Lamiyyə Fuad qızı kollecdə oxumaqdan imtina edib, ora ödədiyi 600 manatı geri istəyib. Amma Lamiyyə Dərgahovanın 2 nömrəli Bakı Baza Tibb Kollecinə ödədiyi 600 AZN vəsaiti Dilarə

Məmmədəliyeva verməyib. Tələbəyə israrlı olacağı təqdirdə, 600 manatını Səhiyyə Nazirliyindən alacağını bildirib.

Bu vəziyyət isə vətəndaşın iradəsini heçə saymaq, onu aldatmaqdır. Necə yəni nazirlik verməlidir, ödəməlidir? Tələbəyə başa salına bilərdi ki, hətta pulu nazirlik versə belə, kollecin bank hesabına geri ödəniləndən 3 iş günü müddətində özünə qaytarılacaqdır. Tələbənin saytlara məlumat göndərməsinə, aidiyyatı yerlərə şikayət etməsinə ehtiyac yoxdur. Qanun bunu tələb edir, tələbə kollecdə oxumaq istəmirsə, onu heç kim buna məcbur edə bilməz və kollecin hesabına mədaxil etdiyi 600 AZN geri verilməli idi.

Önəmli olan digər məsələ isə 2 nömrəli Bakı Baza Tibb Kollecinin saxlanması üçün ora ayrılan dövlət vəsaitinin xərclənməsidir. Kollecə ayrılan onlarla istiqamət üzrə dövlət vəsaitlərinin, ödənişli tələbələr hesabına formalaşan yüz minlərlə manatın hara, necə israf olunmasına isə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müfəttişləri, Hesablama Palatasının auditləri aydınlıq gətirsə, yaxşı olar.

Aktualinfo.org saytının məlumatına görə, 2 nömrəli Bakı Baza Tibb Kolleci tərəfindən katirovka sorğularında qanun pozuntularına yol verilmişdir. Burada maraqlı olan isə odur ki, satınalma müqavilələri müxtəlif təyinatlı mallar üçün olsa da, iki istiqamət üzrə "MODRENTİ-2020” MMC-dən alınıb. 13.11.2020-ci il tarixində dəftərxana və təsərrüfat mallarının satın alınması üçün 22310,20 manat satın alma müqaviləsi bağlanıb. Saytın yazdığına görə, kollecin direktoru və Tender Kommissiyası bir neçə ay fərq ilə oxşar malları almaqla, ümumilikdə- "DİMETRAL” MMC ilə 2310 AZN, yenə həmin MMC ilə 31152,55 AZN, "MODRENTİ-2020” MMC üzərindən 17370 AZN, "FONTİN” MMC ilə 9645 AZN, "KOKARDİN HONDİNQ” MMC ilə 7725 AZN dəyərində müqavilələr imzalamışdır. Bir ay fərq ilə jurnal və kitabların alınmasına əlavə 7665 AZN məbləğində vəsait ayrılıb. Xərclənməsi şübhə doğuran bu tip müqavilələrin araşdırılması maliyyə müfəttişlərinin vəzifəsi olsa da, müqavilələrin bağlandığı MMC-lərin eyni ünvanda yerləşməsi, bir nəfərə məxsus olması bu işlərin şəffaflığını şübhə altına salır - deyə, sayt bildirir.

Üzərində çox dayanmadığımız digər onlarla məsələ bir həqiqəti ifadə etməyi özündə ehtiva edir. Səhiyyənin nüfuzunu həkimlər və tibbi personal yüksəldir. Həkimlər və tibbi personal isə ali və orta ixtisas tibb müəssisələrində hazırlanır.

Azərbaycan Respubilkasının Prezidentinin etimad göstərdiyi nazir əvəzi, birinci müavin Teymur Mustafayev səhiyyənin nüfuzunu qismən də olsa qaldırmaq istəyirsə, islahatlara tibb müəissələrindən başlamalıdır".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq.//dia.az


Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər