Gündəm

MUMtv.az: -  Milli Məclisin növbədənkənar iclasında deputat Eldəniz Səlimovun toxunulmazlığının ləğviylə bağlı Baş prokurorun təqdimatının müzakirəsi zamanı qalmaqallı fikirlər səslənib.

Deputat Tahir Kərimli həmkarının müdafiəsinə qalxaraq onun toxunulmazlığının ləğvinin qanunsuz olduğunu deyib. Tahir Kərimli çıxış zamanı qalmaqala səbəb olan fikirlər də səsləndirib. O, Eldəniz Səlimova cinayət işi açılmasının da doğru olmadığını deyərək,

"Belə çıxır ki, polisin yiyəsi var, deputatın yiyəsi yoxdur” ifadəsini səsləndirib.

Tahir Kərimliyə cavab olaraq Milli Məclisin spikeri Sahibə Qafarova deyib ki, deputatın yiyəsi xalqdır:

"Sizin çıxışınız başadüşülən deyil. Bu, nə deməkdir ki, Milli Məclisin yiyəsi yoxdur? Milli Məclisin yiyəsi xalqdır. Mən sizi dəvət edəcəyəm otağıma, bir səs yazısına qulaq asarsınız, görərsiniz ki, kim kimi təhqir edib. Mən otaqdan çıxacağam, amma sizi o səs yazısına qulaq asmağa məcbur edəcəyəm”.

Parlament seçkilərlə, xalqın səsi ilə formalaşır. Bu baxımdan Sahibə Qafarova dedikləridə haqlıdır.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı Cebhe.info-ya açıqlamasında deyib ki, Milli Məclis fərqli fikirlərin səsləndiriləcəyi məkandır:

"Məclisdə Tahir Kərimlinin sözünü bəyənən də var, ona qarşı olan da var. Hər kəs öz fikirini deyir. Tahir Kərimli hər zaman öz orjinal fikri ilə seçilib. O, sözünü cəsarətlə deyən bir deputatdır. Onun düşüncəsi elədir. Yəqin ona ağır gəlib ki, polisin şikayəti ilə millət vəkili öz toxunulmazlığını itirir. Orada başqa mübahisələr də var idi ki, millət vəkili vəzifəli şəxs hesab olunur, yoxsa yox. Milli Məclisdə bu cür mübahisələrə öyrəşmişik. Bunları çox təbii qəbul edirəm. Tahir Kərimli öz sözünü dedi, Sahibə Qafarova da cavab verdi ki, sən onun nə danışdıqlarından xəbərsizsən, onun səs yazıları var.

Səs yazısının olması da bir az ayrı şübhə yaradır ki, polis o görüşə hazır gəlib, yoxsa o səsi başqası yazıb. Bu işlərin içində olmadığım üçün detallar haqqında nəsə deyə bilmərəm. Amma ümumi olaraq Milli Məclisin iclası normal keçdi. Bir gün əvvəl isə İntizam komissiyası daha detallı araşdırma aparmışdı və təqtimad hazılamışdı. İntizam komissiyasının rəyi və Baş prokurorun təqdimatı səsə qoyulanda Milli Məclis yekdilliklə səs verdi. Ayrı-ayrı fikirlərin, rəylərin Milli Məclisin ümumi qərarına təsiri olmadı”.

Qeyd edək ki, Eldəniz Səlimov Xaçmazda qohumuna məxsus restoranda polis əməkdaşını döyərək onu təhqir etməkdə ittiham olunur. Baş Prokurorluğun təqdimatı ilə 3 avqustda Milli Məclisin növbədənkənar sessiyası çağrıldı və iclasda 98 deputatın səsi ilə Eldəniz Səlimovun toxunulmazlığı ləğv olunub. Artıq Eldəniz Səlimov saxlanılıb və onun haqqında 3 ay həbs qətiimkan tədbiri seçilib.

Son xəbərlər

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

9 və 28 mayda ardıcıl qeyri iş günləri olacaq? — Əmək Məcəlləsi nə deyir?

Əskipara kəndindəki kilsə boşaldılır

Paşinyanın müavini Azərbaycana qaytarılan kəndlərin rəhbərləri ilə görüşəcək

Elektrik enerjisindən istifadə qaydaları dəyişdi

Bu xanım icra başçısının müavini təyin olundu

Bütün xəbərlər