Gündəm

Borçalı türkləri fəallaşırlar: - “Yerli dili öyrənib siyasətə...”

MUMtv.az:  -  Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Barışıq və Vətəndaş Bərabərliyi üzrə dövlət naziri Aparatının 10 illik failiyyət planının təqdimatında çıxış edib. O, deyib ki, bu gün bir çox vətəndaşlarımız gürcücə nə danışa, nə də yaza bilir. Bu, çox ağrılıdır və əlbəttə, problemdir

Onun sözlərinə görə, konkret vəzifələrdən biri 2030-cu ilə qədər Gürcüstanın bütün vətəndaşlarının gürcücə sərbəst danışmasına nail olmaqdan ibarətdir: "Mən burada etnik azərbaycanlılar olan uğurlu parlament üzvlərini görürəm. Onlar gürcü dilində səlis danışırlar. Belə uğurlu gəncləri parlamentdə və nazirliklərdə nazirlər, nazir müavinləri və digər yüksək vəzifələrdə daha çox görmək istəyirəm. Bunun üçün ilkin şərtlərdən biri bütün vətəndaşlarımızın gürcü dilini öyrənməsidir”.

İ.Qaribaşvili qeyd edib ki, gürcü dilinin öyrənilməsi ilə bağlı azərbaycanlı və erməni həmvətənlərimizlə dəfələrlə danışmışıq:

"Onlardan hər biri dövlətin bu istiqamətdə atacağı konkret addımlara hazırdır. Biz bu məqsədə çatmaq üçün lazım olan bütün alətləri yaratmalıyıq. Etnik azlıqların təhsilə və keyfiyyətli tibbi xidmətə əlçatanlığı, onların sosial-iqtisadi layihələr və ölkənin siyasi həyatında daha fəal iştirakı güclü gələcəyimiz üçün möhkəm təminat olacaq”.

ReAL Partiyasının icraçı katibi Natiq Cəfərli bu barədə fikirlərini "Sherg.az”la bölüşdü:

"Məlum olduğu kimi, Gürcüstanda proporsional seçki üsulundan istifadə edilir. Bu isə o deməkdir ki, bir faiz səs də çox önəmlidir. Gürcüstan seçicilərinin 10-15 faizi azərbaycanlılar yaşayan bölgədədir. Ona görə də hər partiya daha çox azərbaycanlını cəlb etmək istəyir. Ümumiyyətlə, son vaxtlar Gürcüstandakı azərbaycanlıların yerli dili öyrənməsi onların siyasətə əvvəlkinə nisbətən daha maraqlı olduqlarını göstərir. Hərçənd əvvəllər ermənilər daha fəal idilər. Fikrimcə, baş verənlər iki dövlət arasında inteqrasiyanı bir az da möhkəmləndirəcək”.


Son xəbərlər

Aqrar Sığorta Fondu 677 min manat qanunsuz köçürmə edib

Daha bir "TikTok"er saxlanıldı

Milli Məclisin növbəti iclasının gündəliyi

Ramin Abdullayevlə bağlı yeni İDDİALAR...

3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bələdiyyə sədri ilə SÖVDƏLƏŞMƏSİ – VİDEOMÜRACİƏT

"2300 manat maaş, 15 min manat paket alırdım" - KEÇMİŞ NAZİR

Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

Ramin Abdullayevin “göydələn” biznesi

Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO

Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...

Bu tarixdən maaş, pensiya və müavinətlər artırıla bilər

“Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklər təsdiqləndi

Dövlət Reklam Agentliyinin yeni sədri kimdir? - DOSYE

Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcək

Həcc ziyarəti üçün kvota bəlli oldu

Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı

Yaponiya və İran XİN başçıları Yaxın Şərqdəki son hadisələri müzakirə ediblər

“Xəzər Hövzəsi Araşdırmaları” proqramının açılışı olub

Bakıda adsız, ünvansız olan küçə və evlərin problemi - VİDEO

Gecə ac qarına yatmağın FAYDALARI

Prezident Şirvan suvarma kanalının təməlini qoyub

İİTKM informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

Sel və ildırım 43 nəfərin həyatına son qoydu

Vardanyanın “zənginlik yolu” – Odioz milyarderin “biznes karuseli” necə fırlanıb? - ARAŞDIRMA

Türkiyə HƏMAS ilə danışıqlar aparacaq

Bu amillər görmə qabiliyyətini azaldır

İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

Məişət zorakılığına görə cəzalar sərtləşdirildi

Naxçıvan Ali Məclisində yeni təyinatlar

Ekoloqdan xəbərdarlıq: "Azərbaycanı böyük su problemi gözləyir"

Azərbaycanlı Polşada deputat seçildi

Bu şəxslərə əsas olmadan sığorta ödənişi edildi

Bütün xəbərlər