Gündəm

"İran tərəfindən soruşmaq lazımdır ki, səfirinin orda nə işi var?" - deputat

MUMtv.az: -   "İranın Ermənistandakı səfiri Abbas Zohurinin Ermənistan-Azərbaycan sərhədinə səfər etməsi o qədər də təəccüblü deyil. Çünki biz torpaqlarımızın 30 ilə yaxın işğal altında qaldığı müddətdə İranın bu məsələdəki mövqeyinin şahidi olduq. Bu, İranın ilk belə addımı deyil”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

İran səfirinin təxribatların baş verdiyi Ermənistan-Azərbaycan sərhədinə səfər etməsi barədə danışan deputat İranın Azərbaycanla münasibətlərdə səmimi olmadığını bildirib:

"Mən bu fikirlərimlə Azərbaycan və İran dövlətləri arasındakı münasibətə soyuqluq gətirmək fikrində deyiləm, sadəcə həqiqəti dilə gətirirəm. Azərbaycan həmişə İranla bağlı ən yüksək fikirdə olmuşuq, bu barədə dövlət başçımız da fikrini bəyan edib. İran bizim qonşu, dost ölkəmizdir və biz səsləndirdiyimiz bu fikirlərdə hər zaman səmimi olmuşuq, bu gün də səmimiyik. İranda 30 milyondan çox azərbaycanlı yaşayır. Buna görə də, qonşu, eyni dindən olan dövlət kimi İranla münasibətlərimiz hər zaman yaxşı olsun. İran da oxşar fikirlər səsləndirir, Azərbaycanla dost olduqlarını bildirirlər, amma sözdə deyirlər, fəaliyyətdə səmimi deyillər. Səmimi olmadıqlarını 30 il ərzində görmüşük, bu gün də görməkdəyik. 30 il ərzində İran bir növ Ermənistanın təchizatı, qida borusu rolunu oynadı. Ermənistanda çatışmayan nələr vardısa, İran tərəfindən təmin olunurdu və ya üçüncü dövlət tərəfindən İran ərazisindən çatdırılırdı. Hətta 44 günlük Vətən müharibəsi dövründə də bunun şahidi olduq, İran ərazisindən başqa dövlətlərin hətta silah-sursatı Ermənistana çatdırılırdı.

İranın Azərbaycana münasibətində digər bir məqam işğaldan azad edilən ərazilərlə bağlıdır. Həm İran, həm digər dövlətlər, beynəlxalq təşkilatlar, həm də jurnalistlər, ictimaiyyət keçmiş işğalda olan ərazilərin hansı vəziyyətdə olduğunu yaxşı bilir. Hər şey sökülüb, xaraba qoyulub. Yaxşı, bəs həmin söküntü-tikinti materialları hara göndərilib? Ermənistanda bu müddətdə böyük tikinti işləri aparılmayıb, qonşu dövlətlərdən Gürcüstan və Türkiyəyə aparılmayıb. Geriyə təkcə İran qalır, bütün o tikinti materialları İrana daşınıb”.

İranın Ermənistandakı səfirinin addımını pisləyən deputat bu məsələnin araşdırılmalı olduğunu vurğulayıb:

"Digər tərəfdən, Ermənistan və İran arasında olan görüşlər, müqavilələr, əməkdaşlıq hər zaman bilinib və gizlədilməyib. İndi də İranın bu məsələdə mövqeyi bizə qarşı o qədər də ürəkaçan deyil. İndi İran səfərinin hansı məqsədlə Ermənistan-Azərbaycan sərhədinə, xüsusilə son zamanlarda ermənilər tərəfindən təxribatlar törədilən yerə getməyi araşdırılmalıdır. İran tərəfindən soruşmaq lazımdır ki, səfirinin orda nə işi var? Nə üçün, hansı səbəblə ora getmisən? Ora ABŞ səfiri səfər etmişdi, ora Fransa səfiri getsə, bu, təəccüb doğurmaz, çünki bu iki ölkənin bizə qarşı mövqeyi bəllidir. Yaxşı bəs sən niyə getmisən ora? Sən Azərbaycana dost, qardaş ölkə deyirsən, amma təxribatların baş verdiyi yerə gedib guya müşahidə aparırsan. Fikirləşmirsən ki, sən İran İslam Respublikasının səfirisən, sən müsəlmansan? Hamı yaxşı bilir ki, ermənilər İslam dininə aid olan yerləri murdarlayıb. Sən hansı əqidə, məzhəblə Ermənistan-Azərbaycan sərhədinə səfər edirsən? İran səfirindən soruşmaq lazımdır ki, bütün bunlardan sonra etdiyi hərəkətdən heç utanmırmı? Düşünürəm ki, Azərbaycan digər ölkələrin münasibətləri barədə ciddi düşünməlidir. Çünki boğazdan yuxarı deyilən ifadələr əməldə özünü təsdiq etmir”.


Son xəbərlər

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Bütün xəbərlər