Gündəm

Adi bir məsələdə Eldar İbrahimovun ÖZÜ ORTAYA ÇIXDI... - ƏLAHƏZRƏT FAKT!!!

 

 
Mumtv.az: - "Deputat Eldəniz Səlimovun hərəkəti parlament üçün çox böyük bir ləkədir.” Bunu Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov parlamentin bu gün keçirilən növbədənkənar iclasında deyib.

E.İbrahimov qeyd edib ki, bu məsələ komissiyada geniş müzakirə olunub və Eldəniz Səlimovun toxunulmazlığının ləğv edilməsi üçün kifayət qədər əsasların olduğu müəyyən edilib: "Biz bundan sonra Milli Məclisin şərəfli adını qorumalıyıq. Hər kəs qanun qarşısında bərabərdir və öz əməlinə görə cavab verməlidir. Bu hadisə bizim hər birimiz üçün dərs olmalıdır”.

Göründüyü kimi, hörmətli ağsaqqal deputatımız nisbətən gənc həmkarının hərəkətini kəskin tənqid edib və bir növ onun "qələminin qırılmasına” imza atanların sırasında ön cərgələrdə yer alıb. Lakin "biz bundan sonra Milli Məclisin şərəfli adını qorumalıyıq” və "bu hadisə bizim hər birimiz üçün dərs olmalıdır” deyərkən nəyi nəzərdə tutduğunu anlamaq bir qədər çətindir. Birincisi, belə çıxır ki, deputatlar indiyə qədər Milli Məclisin şərəfli adını qorumayıblar. İkincisi, bu, digər deputatların da polis, yaxud digər hüquq-mühafizə orqanlarına qarşı E.Səlimovun hərəkətinə bənzər münasibətinin olduğu kimi anlaşıla bilər. Sanki onlara xəbərdarlıq edilir ki, daha belə hərəkətlər etməyin, qoy E.Səlimovun aqibəti sizə dərs olsun...

Eyni zamanda, E.İbrahimovun artıq sabiq həmkarı sayıla biləcək E.Səlimovun ünvanına işlətdiyi kəskin ifadələr və ittihamlar istər-istəməz komissiya sədrinin sözügedən hadisənin baş verdiyi ilk günlərdə mətbuatda dərc edilən açıqlamasını yada salır. Həmin vaxt E.İbrahimov demişdi: "Hansısa deputat harada kiminlə savaşır, barışır, güləşir, onun öz işidir. Mənim xəbərim yoxdur. Axı bu məsələnin İntizam Komissiyasına aidiyyəti yoxdur...”

Göründüyü kimi, bir neçə gün içərisində hörmətli deputatımızın mövqeyi nədənsə kəskin şəkildə dəyişib. Görünür, həmin vaxt hadisə yeni baş verdiyindən və bununla bağlı necə danışmalı, hərəkət etməli olduğu barədə göstəriş almadığından hörmətli millət vəkilimiz hadisəyə qiymət verməkdə çətinlik çəkib...

Ancaq indi durub E.İbrahimova kimsə sual versə ki, necə olur, 3 gün əvvəl "hansısa deputat harada kiminlə savaşır, barışır, güləşir, onun öz işidir, bu məsələnin İntizam Komissiyasına aidiyyəti yoxdur” deyirdiniz, indisə başqa şey deyirsiniz – cavab verəcək ki, o vaxt dediklərim düzgün başa düşülməyib, ya da təhrif olunub.

Birinci dəfə deyil ki. Məsələn, həmin E.İbrahimov bir vaxt parlamentdəki müxalifətçi sayılan deputatları nəzərdə tutaraq, "bəziləri bizim tərəfimizə keçdi, pul qazandı, hətta deputat da oldu” demişdi. Sonra da məlum yerlərdən "siqnallar” alandan sonra çıxıb bildirdi ki, "fikirlərim düzgün başa düşülməyib”...

Bütün bunlardan sonra görürsən ki, parlamentdə E.Səlimovla bağlı keçirilən iclasda ən doğru sözü deputat Tahir Kərimli deyib: "Camaat da düz deyir ki, parlamenti buraxaq"...//dia.az

Son xəbərlər

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

Bütün xəbərlər