Gündəm

Güclü Türkiyənin MEŞƏ BƏDƏLİ... - Bu yolla cəzalandırırlar...

 

 
"Türkiyəni hərbi silah, Rusiya və İranla vurmağı bacarmadılar”.

Mumtv.az Yenicag.az a istiadən  xəbər verir ki, bunu Türkiyəni bir neçə gündür cənginə alan yanğınların kökündə duran səbəblərə münasibət bildirən Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov deyib.

Onun sözlərinə görə, bir çoxları Türkiyədə baş verən yanğınları təsadüfi və təbiət hadisəsi hesab edir. Lakin bu düşüncə sadəlövhlükdür:

"Son illər siyasi, iqtisadi, hərbi və digər istiqamətlərdə ən çox inkişaf edən dünya dövlətləri arasında ilk sırada duranlardan biri də Türkiyə idi. Digər məqam isə Türkiyənin türk və islam dünyası üçün bir mərkəzə çevrilməsidir. Bu amil çoxlarının yuxusuna haram qatmışdı. Başqa əhəmiyyətli məqamlar da var ki, sonda Türkiyənin "cəzalandırılması”na gətirib çıxardı. Bu, Türkiyə kimi güclü və yüksək inkişaf səviyyəsinə sahib bir dövlətin müstəqil siyasət yürütməsi ilə bağlı idi. Bütün dünyanın Çinə qarşı birləşməyə məcbur edildiyi bir məqamda Türkiyə kimi idarəolunmaz bir gücün yaranması planların pozulması idi. Onlara isə mütilər və məhz onlar tərəfindən idarə olunan müdhiş planların tərkib hissəsi olmağa hazır olan dövlətlər lazımdır. Türkiyəni hərbi silah, Rusiya və İranla vurmağı bacarmadılar. Əksinə bu gün baş verən yanğınla bağlı "Türkiyə bizim ən yaxın müttəfiqimiz və dostumuzdur” deyən ölkələr, NATO dövlətləri deyil, onunla eyni taleyi yaşayan Azərbaycandan sonra Ukrayna, Rusiya və İran kimi dövlətlər Türkiyəyə yardıma getdilər”.

Hazırda baş verən yanğınların fəsadlarının danılmaz olduğunu qeyd edən Xəyal Bəşirov bildirib ki, Türkiyə dövlətinin güclü inkişafının əsas istiqamətlərindən biri turizmdir ki, bu gün onu öz silahı ilə vururlar:

"Əsrlər boyu dövlətçilik tarixi olan, qoca Avropanı monqol alovlarından xilas edən, səlib yürüşləri kimi bəlanın qarşısını alan və bu kimi bir çox əvəzolunmaz missiyaları üzərinə götürən Türkiyə bu alovu da söndürəcək. Ancaq hər bir halda baş verən bu olaylar dünyadakı siyasi qütbləşmə prosesində ciddi dəyişikliklərlə də iz buraxacaq”.

Son xəbərlər

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Bütün xəbərlər