mumtv.az
mumtv.az

"Xəstəxanalardan həyacanlı xəbərlər gəlir ki, oksigen çatışmır" - deputat

3-08-2021, 12:23

"Xəstəxanalardan həyacanlı xəbərlər gəlir ki, oksigen çatışmır" - deputat

 

 
Mumtv.az: - "Xəstəxanalardan həyacanlı xəbərlər gəlir ki, oksigen çatışmır. COVID xəstələrinə isə oksigen lazımdır.

Səbəb kimi isə Sumqayıtda yerləşən Oksigen zavodunun 55 gündür ki, işləməməsi göstərilir. Ağır xəstələrin sayı artır, gündə xeyli həyəcan dolu zənglər alıram. Oksigen olmasa, vəziyyət daha da ağırlaşacaq. Bu zavodun işləməməmə səbəbi nədir, bilmirəm, amma tez təcili tədbirlər görülməlidir. Oksigen çatışmazlığı yüzlərlə xəstənin itirilməsi ilə nəticələnə bilər”.

Bunu Milli Cəbhə Partiyasının sədri, deputat RaziNurullayev deyib.

Deputat mətbuat orqanlarını bu məsələyə diqqət ayrımağa, araşdırmağa və işıqlandırmağa çağırırıb:

"Oksigenə ehtiyacı olan hər birimizin yaxını ola bilər. Mənə belə gəlir ki, yalnız Sumqayıtda yox, digər yerlərdə də oksigen istehsalı olnmalıdır. Bilmək istərdik ki, bu sahədə hansı işlər görülür və aidiyyəti orqanlar hansı alternativ addımları atır”.//cebhe.info






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA