Gündəm

Keçmiş Fond rəhbəri Vüqar Səfərlinin başqa cinayətləri üzə çıxır
MUMtv.az: - Ləğv edilən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və onun hazırda həbsdə (məhkəmə prosesi gedir) olan sabiq baş direktoru Vüqar Səfərlinin başqa cinayətləri üzə çıxır. Böyük məbləğdə büdcə vəsaitini mənimsəməkdə ittiham olunan V. Səfərlinin bu cinayətlərinin istintaqa bəlli olub-olmadığı sual doğurur.

Xatırladaq ki, sabiq icraçı direktor Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

Aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru V. Səfərlinin müvafiq vəzifələrdə çalışmış B. İsmayılov, Ə. Vəliyev, N. Məmmədov və digər 7 nəfərlə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitini mənimsəmə və israfetmə yolu ilə talamaqda ittiham olunurlar.

Bu dəfə isə V. Səfərliyə qarşı digər ittihamları KİVDF-nin sabiq əməkdaşı, jurnalist Məhəbbət Orucov irəli sürüb.

M. Orucov Reyting.az-a müraciətində bildirib ki, KİVDF yaranandan ölkədə medianın qara günləri başlayıb: "Əslində, qurumun başlıca məqsədi mətbuatı inkişaf etdirmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı genişləndirmək, jurnalistlərin peşəkarlığı və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək olsa da, fürsətçilər ölkə başçısının bu xoş niyyətindən öz məqsədləri üçün sui-istifadə ediblər. Özü də heç nədən çəkinmədən, qorxmadan...

Çox az bir müddətdə vəziyyət dəyişdi. Redaksiyaların maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, jurnalistlərin müdafiəsinin gücləndirilməsi arxa plana keçdi. Ayrılan vəsaitin təyinatı üzrə xərclənməməsi üzündən qəzetlərin tirajı sürətlə aşağı düşməyə başladı”.

M. Orucov bildirib ki, KİVDF yaranmazdan əvvəl ölkədə qəzetlər 8, 9, 10, 12, hətta bəzi illərdə 20 min tirajla çap edilirdi: "Yaranmış durumu aradan qaldırmaq əvəzinə Əli Həsənov (Prezidentin sabiq köməkçisini nəzərdə tutur-red.) başına yığdığı redaktorlarla öz çirkin niyyətlərini ört-basdır etmək məqsədilə əllərində olan qəzetlər vasitəsi ilə cəmiyyəti aldatmağa başladı. Guya dövrü mətbuatda islahatlar gedir, jurnalistlərin həyat səviyyəsi durmadan yüksəlir, ələbaxımlılıq aradan qaldırılır. Əslində isə Ə. Həsənov qəzetlərə ayrılan maliyyənin başqa yerə getməsi üçün addımlar atmağa başladı. İlk növbədə özünün mətbəsini yaratdı. Tapşırıq verdi ki, KİVDF-dən maliyyələşən bütün qəzetlər, hətta rayon icra hakimiyyətlərinin qəzetləri onun 50 milyon manata başa gələn mətbəsində çap olunsunlar”.

M. Orucovun iddiasına görə, Ə. Həsənov vaxt itirmədən istər televiziya sahəsinə, istərsə də dövrü mətbuata nəzarəti dolaysı ilə dostlarına həvalə edib:

"Görülən "tədbirlər” nəticəsində, çox keçmədi Əli Həsənovun maliyyələşdirdiyi redaktorlar Bakıda bahalı maşınlarda şütüməyə başladılar. Hətta maşınlarının reklam olunmasından belə çəkinmədilər. Şəhərin mərkəzində tikilmiş təzə evlərdə yaşamağa başladılar. Bəzi "media kapitanları”nın səsi xaric ölkələrdən və bölgələrimizdəki kef məclislərindən gəlməyə başladı. Belə sürətlə varlanmağın arxasında başqalarının haqqı dayanırdı ki, onu da bizim bəzi redaktorlar mənimsədilər”.

KİVDF-nin sabiq əməkdaşı Mətbuat Şurasına qarşı da ittihamlar səsləndirib: "Mətbuat Şurasında rüşvətxor məmurları qorumaq üçün hətta bir qurum da yaradıldı. Adını da "Reketçiliyə qarşı mübarizə şöbəsi” qoydular”.

M. Orucov V. Səfərlinin tez-tez bölgələrdə yerli icra hakimiyyətləri ilə birgə keçirdiyi tədbirlərdən də bəhs edib: "Bu "tədbirləri” də maraqlı hesab etmək olar. Qaranlıq məqamlarla dolu bu tədbirlərdə "yük” təbii ki, icra başçılarının boynuna düşürdü.

Yeri gəlmişkən, mən Fondda işləyəndə bir məqam da diqqətimi çəkmişdi. Necə olur ki, Fondun rəhbərliyi və Müşahidə Şurasının üzvləri bu və ya digər şəkildə Mətbuat Şurasında məsul işlərdə təmsil olunurlar? Yəqin bu da Ə. Həsənovun bir gedişi olub. Yəni dəstənin sirr heç yerə çıxmasın.

Aydın məsələdir ki, Fonda vəsait Maliyyə Nazirliyi tərəfindən ayrılıb və bu haqda istintaqın əlində müfəssəl məlumat var. Əlavə edim ki, ayrılan vəsaitin doğru-düzgün xərclənməsi ilə bağlı məsələlər Müşahidə Şurasının iclasında gündəliyə salınır və müəyyən qərar qəbul olunur. Hətta bununla bağlı protokol da tərtib olunur. Protokolu isə Müşahidə Şurasının sədri və katibi imzalayır, bununla da əyri işi qanuniləşdirilir ki, guya vəsait təyinatı üzrə xərclənəcək. Jurnalistlərə tikilən mənzil məsələsi də belə olub”.

M. Orucov diqqətə çatdırıb ki, jurnalistlər üçün yaşayış binasının hər mərtəbəsinə təxminən 300- 350 min manat xərclənməli olduğu halda rəqəmlər olduqca şişirdilib. Nəhayət, 156 mənzilli bina haradasa 22 milyon manat ötüb:

"İkinci binanın tikintisi də belə olub. Mənzillər tikildiyi illərdə tikinti materiallarının qiyməti indikindən xeyli ucuz olub. Dollar isə manata rəğmən 78 qəpik təşkil edib. Bu isə o deməkdir ki, həmin binanın birini o vaxtkı qiymətlə təxminən 10 milyon manata başa gətirmək olardı. Təəssüf ki, belə olmayıb. Əvəzində çox bilənlər söz buraxıblar ki, binadakı mənzillər orta hesabla 80-90 min manata başa gəlib. Hansı ki, binanın ərazisi Fonda ödənişsiz verilib. FHN hər kv.metrə görə 50 manat pul almayıb. Vergilər də onun kimi. Bir sözlə, binanın tikintisində əlavə vəsait xərclənməyib. Bəs bu qədər vəsait hara gedib?

Binadakı mənzillərin bölüşdürülməsi də neçə deyərlər, göz qabağında olub.

Yəqin ki, məhkəmədə bütün bunlarla yanaşı, 6,7 nəfərdən ibarət redaksiya kollektivi olan qəzet üçün ildə 120 min manatın verilməsini də araşdırılacaq. Hələ 35 min manat birdəfəlik maddi yardımı demirəm”.

Son xəbərlər

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

Bütün xəbərlər