Gündəm


MUMtv.az
: - Xaçmaz rayonunda yerləşən "Starıy dvor” restoranında deputat Eldəniz Səlimovun polisi döyməsi iddiası ilə əlaqəlar cinayət işi başlanıb. Bu barədə "Press Klub”a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, deputatın iyulun 29-da gecə saat 01.00 radələrində restoranda xidməti vəzifəsini icra edən polis əməkdaşına zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən Baş Prokurorluğa material daxil olub. Həmin material araşdırılıb və Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb.

"İstintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır. İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək”,– deyə Baş Prokurorluqdan bildirilib.

Daxili İşlər Nazirliyi deputatın vurduğu iddia olunan polis əməkdaşının kimliyini də açıqlayıb. Nazirliyin mətbuat xidmətindən "Press Klub”a bildirilib ki, deputat E.Səlimov Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin əməkdaşı Zaur Mirzəyevə xəsarət yetirib.

Nazirlik bildirir ki, hadisə zamanı deputat sərxoş vəziyyətdə olub. O, karantin rejimi qaydalarını da pozub. Məlumatda o da qeyd olunur ki, hadisənin baş verdiyi restoran E.Səlimovun qohumuna məxsusdur:

"Gecə saat 12-dən sonra polis əməkdaşları karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb ediblər. Eldəniz Səlimov buna etiraz edərək münaqişə yaradıb”.

45 yaşlı E.Səlimov 2010-cu ildən Milli Məclisin deputatıdır. O, hazırda 55 saylı Xaçmaz şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatı kimi parlamentdə təmsil olunur. E.Səlimovun adı bundan əvvəl də Xaçmazda ağacların kəsilməsi ilə bağlı qalmaqalda hallanmışdı.

Prokurorluqda cinayət işi qaldırılması hələ ki deputatın cinayət məsuliyyətinə cəlb olunması demək deyil. Çünki onun toxunulmazlıq statusu var.

Bu məsələni "Press Klub”a şərh edən vəkil Rəşad Əliyev bildirdi ki, deputatın toxunulmazlığına baş prokurorun təqdimatı əsasında Milli Məclisin qərarı ilə xitam verilə bilər:

"Bu təqdimat Milli Məclisə daxil olandan sonra prosedur qaydaları parlamentin daxili Nizamnaməsi ilə tənzimlənir və məsələyə 7 gün müddətində baxılmalıdır. Milli Məclisin sədri baş prokurordan daxil olan təqdimatı İntizam Komissiyasına göndərir. Komissiya təqdimata baxaraq Milli Məclisin deputatının toxunulmazlığına xitam verilib-verilməməsi barədə rəy verir”.

Vəkilin sözlərinə görə, Milli Məclis bu barədə məsələyə deputatın iştirakı ilə baxır. Həmin deputatın iclasda iştirakı mümkün olmayanda məsələyə onsuz baxıla bilər.

"Bu məsələ Milli Məclisin iclasında müzakirə edilərkən deputatın ittiham edildiyi cinayətdə təqsirli olub-olmaması müzakirə edilə bilməz. İclasda iştirak edən parlament üzvləri yalnız deputat toxunulmazlığına xitam verilməsi barədə baş prokurorun təqdimatında yetərincə əsasların olub-olmamasını aydınlaşdıra, bu məqsədlə baş prokurora suallar verə bilərlər. Deputatın toxunulmazlığına xitam verilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir”, – deyə Rəşad Əliyev qeyd etdi.

Vəkil vurğuladı ki, Milli Məclis hazırda tətildə olduğundan bu prosedurların həyata keçirilməsi üçün parlamentin növbədənkənar sessiyasının çağırılmasına zərurət yaranır.

Toxunulmazlığı ləğv olunandan sonra deputat barəsində cinayət işi başlana bilər. Həmin ittiham üzrə təqsirli bilinərsə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmündən sonra o, Milli Məclisin deputatı mandatından məhrum edilir.

Milli Məclisin İntizam Komissiyasının sədr müavini, deputat Fəzail Ağamalı deyib ki, deputatlar məzuniyyətdən qayıdandan sonra E.Səlimovla bağlı məsələ müzakirə olunacaq. Onun sözlərinə görə, əvvəl məsələ parlament rəhbərliyinə məruzə olunacaq, ardınca İntizam Komissiyasında müzakirəyə çıxarılacaq.

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər