Gündəm


MUMtv.az: - "Azərbaycanın məhkəmə sistemində elə bir vəziyyət yaranıb ki, artıq hansısa bankı məhkəməyə vermək və ya hansısa bankın xeyrinə olan qətnamədən apellyasiya şikayəti vermək mənasızlaşıb".
Bu sözləri Bizimyol.info-ya müsahibəsində vəkil Əkrəm Həsənov bildirib.

Onun sözlərinə görə, problemlər hələ də qalsa da, bəzi vətəndaşlar banklar və bank olmayan təşkilatlarla müəyyən razılığa gələ biliblər.

"Bildiyimiz kimi, 2015-2019-cu illərdə bankların təzyiqləri, kollektorların özbaşınalığı yüksək səviyyədə idi. Apardığımız mübarizə və sosial şəbəkələrdə insanların məlumatlanması müəəyən mənada bu problemləri azaltmaqda yardımçı oldu. Artıq insanlar bilirlər ki, kollektorların heç bir təzyiq hüququ yoxdur, onlar hər hansı dövlət strukturunu təmsil etmirlər. Yəni, vətəndaşın heç bir gəlir yeri yoxdursa, böyük məbləği birdən ödəyə bilmirsə, ona təzyiqlər göstərməyə heç kimin hüququ çatmır”, - deyə Ə.Həsənov bildirib.

O qeyd edib ki, hazırda başqa bir problem ortaya çıxıb.

"2015-ci il devalvasiyasından sonra lombardlar və fərdi sələmçilər bankların kredit verməyi azaltmasından istifadə etdi. Ondan əvvəl bəzi banklar heç rəsmi iş yeri də tələb etmirdi, kredit almaq asan idi. Lakin son illərdə heç bir vergi ödəməyən sələmçilər və lombard sahibləri varlanmağa başladılar. Nəticədə çox sayda insan daşınan və daşınmaz əmlakını itirdi”- deyə vəkil əlavə edib. Vəkilin sözlərinə görə, pandemiya dövründə insanlar lombard və sələmçilərdən daha çox asılı vəziyyətə düşdülər.

"Sələmçi və lombard sahiblərinin fəaliyyəti qanunsuzdur. Banklarda isə girov yoxdur. Bəzən kimisə 10-15 sutka həbs etdirə bilirlər, lakin bunun özü də qanunsuzdur. Amma lombardlar və sələmçilər bəzən insanları birbaşa cinayət məsuliyyətinə də cəlb etdirə bilir. Bunu necə edirlər, bir Allah bilir, bir də onların müraciət etdikləri hüquq-mühafizə orqanları. Bu, təbii ki, qanunsuzdur. Lakin bu şəxslərlə hüquqi müstəvidə mübarizə aparmaq da sadə vətəndaşlar üçün çətinləşib”,- deyə ekspert söyləyib.

Qeyd edək ki, lombardlar əsasən, daş-qaş və qızıl məmulatlarını girov saxlamaqla insanlara yüksək faizlə borc verirlər.

Son xəbərlər

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? – Adil Kərimlinin masasına

"İldə 5-6 dəfə bizim asfalt örtüyümüzü " təzələyirlər"."- Kürdəmir sakini İTTİHAM edir...

Xırdalan 9 saylı tam orta məktəbdə hansı qanunsuzluqlar hökm sürür və dövlət büdcəsi necə talan edilir? ARAŞDIRMA

Anar Qalayevin fəaliyyətini bir araşdıran olsa... - İTTİHAM VAR...

Özünü qanunlardan üstün sayması bir yana... - ÖZBAŞINALIQ!

Rövşən Məmmədov tanınmış jurnalisti təhqir edən əməkdaşını işdən qovdu — FOTO

Suraxanı İcra Hakimiyyətində qanvermə aksiyası - FOTO

Bu şəxslər 2500 manat cərimə ediləcək

Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO

ISW rusların bu il Ukraynada nə qədər ərazini ələ keçirdiyini açıqladı

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Bütün xəbərlər