Gündəm

İrəvanın
Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin Bakı görüşü bu ölkələrin paytaxtlarından çox, bəlkə də İrəvan, Moskva və Parisdə izlənilib.

MUMtv.az  Bizim.Media-ya istinadən  xəbər verir ki, Türkiyə ilə imzalanan Şuşa bəyannaməsi onsuz da İrəvan və ermənilərin Minsk Qrupu qalxanına tərs şillə efekti olub.

Ardınca Pakistanın da Türkiyə və Azərbaycanla üçlü formatda yaxınlaşması erməniləri daha da təşvişə saldı. Çünki Pakistan Yer üzündə Ermənistan adlı bir dövlətin varlığını tanımayan Azərbaycanla birlikdə yeganə ölkədir.

Tağıyevin peyvənd payı və daşnakların "pikap" harayı...

Azərbaycanın Pakistanla tarixi əlaqələri var, hətta hər iki ölkədə eyni soydan olan türk tayfalarının yaşadığı haqqında tarixi faktlar da mövcuddur. Amma Pakistanla ilkin dostluq münasibətlərinə səbəb XX əsrin əvvəllərində baş verənlərdir. Çünki o zamanlar Britaniya müstəmləkəsi olan Pakistanın əhalisi arasında pandemiya yayılmış, ölüm halları intensivləşirdi. Belə dar gündə Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti hesabına Pakistana 300 min ampula peyvənd yollayıb. O vaxtdan bəri Pakistanın Azərbaycan, İslamabadın Bakı sevgisi sarsılmazdır.

Elə 44 günlük savaşda Azərbaycanda Türkiyə ilə yanaşı Pakistan bayraqları bu ölkənin dəstəyindən qaynaqlanan (Rusiya və İsrail simvolları da var idi) rast gəlinməsi möhkəm dostluğun aşkar səhnəsiydi.

Bir şey ki, müharibədə muzdlu döyüşçülərdən istifadə edən ermənilər Azərbaycana ünvanlanan dəstək mesajlarından necə qorxmuşdularsa, hətta yeni cəfəngiyyatlar uydurmağa başladılar. Bəs guya ki, Azərbaycan erməni səngərlərini "pikap"da pulemyotla hərəkət edən pakistanlı muzdluların hesabına yarıb. Deyəsən ermənilər "052", "Yaşma"nın adını çəkməyə də qorxurlar ki, birdən xüsusi təyinatlılarımızın kölgəsi İrəvanın başının üstünü alar. Əslində indi daha çox qorxmalıdlrlar.

Münasibətlərin məntiqi sonucu - Bakı bəyannaməsi

Bəli, Ermənistan və havadarları indi daha çox qorxurlar, çünki üç ölkənin parlament spikerləri arasında Bakıda imzalanan sənəd elə bir üçlük yaradır ki, İrəvan III Qarabağ savaşını ağlının ucundan belə keçirdə bilmir. Zatən Şuşa bəyannaməsi Ermənistanın hər mənada ən yaxın tərəfdarına da necə bildiriş oldusa, davamında Pakistanın oxşar sənəd imzalaması heç bir maneə tanımadı. Əlbət, imzalar müxtəlif sahələri əhatə edən əməkdaşlığın altına atılıb. Bu əməkdaşlığın isə Zəngəzur dəhlizilə bağlı olan bəndləriı də labüddür. Yəni, Zəngəzurdan İslamabada elə bir cığır açılacaq ki, Pakistan da türk dünyasına açılacaq. Bununla Pakistanın ən yaxın tərəfdaşlarından olan Çinin də layilərdə iştirakı aktuallaşır.

İqtisadi, siyasi və hərbi cəhətdən güclü olan 3 dövlətin Zəngəzur dəhlizində isə düşmən radarlarına yer yoxdur.

Çünki Rusiya da bu əməkdaşlıqda maraqlıdır və Paşinyan hökumətinin bircə çıxış yolu qalır: Yaxın qonşularını uzaq qohuma dəyişmək. Yəni Rusiyanı Fransayla barter eləməyin Ermənistan üçün fəsadları da Azərbaycanın xeyrinə yozulur. Rusiya himayə adlanan əlini daşnakların başının üstündən götürsə...

Ermənistan 1918-ci ilə, 9 min kvadrat kilometrə qayıdacaq.

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər