Gündəm

MİQ iştirakçılarını aşağılayan TİPİM sədrindən ŞOK ADDIM:
Müəllimlərin işə qəbulu (MİQ) imtahanı ətrafında qalmaqal davam edir.

MUMtv.az  Yenicag.az-a istinadən  xəbər verir ki, bir neçə gün əvvəl Azərbaycan dili və ədəbiyyat müəllimlərinin imtahan sualları ilə bağlı narazılığı ölkədə böyük səs-küyə səbəb oldu. Hətta gərginlik o həddə çatdı ki, gənc müəllimlərin etirazını görən Təhsil naziri Emin Əmrullayev imtahan suallarının üç gün ərzində yenidən komissiya tərəfindən yoxlanılacağı barədə açıqlama verdi.

Bu gün isə nazirlik rəsmi məlumat yayaraq müəllimlərin haqlı olduğunu, yəni Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə seanslarda istifadə edilmiş test tapşırıqlarının bu fənlər üzrə digər tarixlərdə keçirilmiş seanslarda istifadə edilmiş test tapşırıqlarından çətinlik dərəcəsinə görə fərqləndiyini, bu səbəblə də yenidən imtahan keçiriləcəyini diqqətə çatdırıb.

MİQ imtahanı ilə bağlı narahatlığın tam sonlanmadığı bir vaxtda Təhsil İnstitunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzinin (TİPİM) sədri Nəzakət Mehdiyevaya məxsus təhqiramiz səs yazısının yayılması isə ötən gün gərginliyi pik həddə çatdırıb. Belə ki, səs yazısında Nəzakət Mehdiyeva, "Bunlardan müəllim olmayacaq, elə bunlar yaxşı ki, kəsilirlər”, – deyərək sualların çətin salınmasına haqq qazandırmağa çalışıb.

Onun səs yazısı ilə bağlı material Yenicag.az-da dərc olunduqdan sonra isə məsələnin miqyası daha da böyüyüb. Görünür, müəllimlər qrupuna atılan bu səsi ilk əvvəl tələbələrin, daha sonra da medianın və bütün ictimaiyyətin dinləməsi Nəzakət Mehdiyeva və qrupda olan digər müəllimləri hiddətləndirib.



Yenisabah.az-a daxil olan məlumata görə, hətta bu səs yazısını yaymaqda ittiham edilən Mərkəzin Fidan adlı eksperti işindən azad edilib.

Məsələni aydınlaşdırmaq üçün Fidan xanımla əlaqə saxladıq. O, saytımıza açıqlamasında ikinci dəfə problem yaşamaq istəmədiyi üçün iş həyatı ilə bağlı məlumat verməyəcəyini bildirib:

"Mən sizə heç bir məlumat verməyəcəm, çünki ikinci bir boş problem istəmirəm, o mənim şəxsi işimdir, özüm bilərəm çıxarılmışam, ya yox. İtirəcək heç nəyim yoxdur. Mən körpə uşaqla evdə məzuniyyətdəyəm. Telefonumdan o səs yazısını hansı tələbə, necə paylaşıb bilmirəm. Onu da aydınlaşdıracağıq.

Müraciət etmişəm, bizim bölmənin rəisi araşdırır. O ayrı məsələ. Bilmirəm kim çəkib adımı. Heç kim boynuna götürmür. Bunu tapmaq problem deyil, istintaq açılacaq, başım ağrıyacaq…”.

Son xəbərlər

Aqrar Sığorta Fondu 677 min manat qanunsuz köçürmə edib

Daha bir "TikTok"er saxlanıldı

Milli Məclisin növbəti iclasının gündəliyi

Ramin Abdullayevlə bağlı yeni İDDİALAR...

3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bələdiyyə sədri ilə SÖVDƏLƏŞMƏSİ – VİDEOMÜRACİƏT

"2300 manat maaş, 15 min manat paket alırdım" - KEÇMİŞ NAZİR

Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

Ramin Abdullayevin “göydələn” biznesi

Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO

Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...

Bu tarixdən maaş, pensiya və müavinətlər artırıla bilər

“Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklər təsdiqləndi

Dövlət Reklam Agentliyinin yeni sədri kimdir? - DOSYE

Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcək

Həcc ziyarəti üçün kvota bəlli oldu

Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı

Yaponiya və İran XİN başçıları Yaxın Şərqdəki son hadisələri müzakirə ediblər

“Xəzər Hövzəsi Araşdırmaları” proqramının açılışı olub

Bakıda adsız, ünvansız olan küçə və evlərin problemi - VİDEO

Gecə ac qarına yatmağın FAYDALARI

Prezident Şirvan suvarma kanalının təməlini qoyub

İİTKM informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

Sel və ildırım 43 nəfərin həyatına son qoydu

Vardanyanın “zənginlik yolu” – Odioz milyarderin “biznes karuseli” necə fırlanıb? - ARAŞDIRMA

Türkiyə HƏMAS ilə danışıqlar aparacaq

Bu amillər görmə qabiliyyətini azaldır

İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

Məişət zorakılığına görə cəzalar sərtləşdirildi

Naxçıvan Ali Məclisində yeni təyinatlar

Ekoloqdan xəbərdarlıq: "Azərbaycanı böyük su problemi gözləyir"

Azərbaycanlı Polşada deputat seçildi

Bu şəxslərə əsas olmadan sığorta ödənişi edildi

Bütün xəbərlər