Gündəm


MUMtv.az: - Xəbər verdiyimiz kimi Qafqaz Müsəlmanları İdarəsinin rəisi Hacı Allahşükür Paşazadənin "Xameneinin fətvası qələbəmizin carçısı idi” açıqlaması bir neçə gündür ki, cəmiyyətdə müzakirələrə səbəb olub. Ölkə siyasətçiləri və ziyalılar hər dəfə redaksiyamızla əlaqə saxlayaraq məsələyə münasibət bildirirlər.

Bu dəfə Əməkdar artist Ağalar Bayramov Moderator.az-ın redaksiyası ilə əlaqə saxlayaraq Şeyx həzrətlərinin açıqlamasında münasibət bildirib:

"Birincisi çox təəccüb etdim ki, əgər bu siyasətdirsə, bu boyda siyasət ola bilməz. Çox sevdiyim, qardaşım, dostum, sənətinə, şəxsiyyətinə böyük hörmət etdiyim Şeyx Əbdülün çıxışından belə çıxdı ki, Şeyx həzrətlərinin sözü yuxarılarla razılaşdırılıb. Mən bir söz demirəm, amma hər şeyin bir ifrat dərəcəsi var. Şeyx həzrətlərini şəxsən tanıyıram, 2003-cü ildə rəhmətlik Zəlimxan Yaqubla onun bağında olmuşuq. Mən bunu yüz ölçüb, bir biçirəm, amma qəbul edə bilmirəm. Bəs Ali Baş Komandanımızın, Cənab İlham Əliyevin o qətiyyəti, əzimkarlığı, müsahibələrindəki çıxışının qələbənin təmin olunmasında rolu olmadı?! Əlbəttə, çox böyük rolu oldu. Yəni o söz bunların hamısını heçə endirir. Üç min şəhid vermişik, oğullarımız torpaq uğrunda canlarını fəda etdi. Bütün Azərbaycan bilir ki, birinci və ikinci Qarabağ savaşında İran dövləti söhbət xalqdan getmir, rejimdən gedir, körpədən tutmuş ağsaqqalına kimi bilmirlər ki, hansı mövqeyi tutdu?! Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda sökülən evlərin materiallarının hamısı İrana getdi. Hələ indi də məlumdur ki, Laçın dəhlizindən erməni nömrələrini maşına vurub nələr daşıyırlar. Mən aktyoram, amma siyasəti də yaxşı bilirəm. Həyatda baş verənlərə insanın şəxsi münasibəti olmalıdır. Mən qətiyyətlə Şeyx həzrətlərinin bu fikrinin tam əleyhinəyəm. Elə bil ki, möcüzədir, vulkan püskürüb, mənim üçün zəlzələ baş verib.

Rəhmətlik Nəbi Xəzri deyirdi ki,

Söz ucaldar, bu cahanda insanı,
Bu cahan da əzizləyər insanı.
Vaxt olur ki, bircə anda insanı,
Əlli ilin hörmətindən salar söz.

Allah Şükür Paşazadə görün neçə ildir Qafqaz Müsəlmanları İdarəsinin rəisidir. Görün bir kəlmə sözlə özünü nə qədər hörmətdən salır. Mən bir sənət adamı kimi Şeyx həzrətlərinin bu sözünə qəti etiraz edirəm, belə olmamalı idi.

Bu məsələ qınanmalıdır ki, belə şey olmasın. Şeyx həzrətlərinin uzun müddətdir ki, işləyir, böyük nüfuz sahibidir, bunlar hamısı öz yerində. Amma Stalinin bir sözü var deyirdi ki, "Dünənki günə görə çox sağ ol, amma bu gündən danış”. Söhbət bu gündən gedir. Belə siyasətə mən nə deyim?

Bu müharibənin fətvasını Ali Baş Komandan və Azərbaycan xalqı verdi. Xəlil Rza deyir ki,

Lapdan alov püskürsə də,
Vulkan özü illər boyu
güc toplayır yavaş-yavaş...

Bu otuz ili xalq tikan üstdə oturmuşdu. Müharibə dövründə insanlar yollarda səfərbər olmuşdu. Analar deyirdi ki, təki oğlum şəhid olsun, vətən torpağı azad olsun. Yavaş-yavaş vulkan idi xalqın içindən püskürdü, fətvanı da bu millət və Ali Baş Komandanımız, özünü düşmən gülləsinə sipər edən, əliyalın Şuşa qalasına dırmaşan, döyüşən şəhidlərimiz verdi. Bir də qardaş Türkiyə Cümhuriyyəti bizə mənəvi dəstək oldu. Şeyx həzrətləri bilməlidir ki, qılınc yarası sağalar, amma söz yarası sağalmaz. Bəs o sözü eşidən şəhid anaları sizə nə deyər, ay Şeyx? Qubada əlli nəfər şəhid vermişik, onun otuz nəfəri evin tək oğludur”.

Son xəbərlər

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

Bütün xəbərlər