Gündəm

NƏ BAŞ VERİR: İran indi də Arazın şimal sahillərinə iddia edir?
"Azərbaycan Xüdafərin bəndinin inşasına görə İrana borcludur”.

MUMtv.az  Ovqat.com-a istinadən  xəbər verir ki, bu iddianı İran parlamentinin iclasında Şərqi Azərbaycan əyalətinin Xüdafərin və Kəleybər bölgələrinin nümayəndəsi millət vəkili Hüseyn Xatəmi qaldırıb.

O, ölkənin Xarici İşlər və Enerji Nazirliklərinə narazılığını bildirərək, borcun miqdarını və onun alınması mexanizmlərinin müəyyənləşdirilməsini tələb edib.

"Borcun miqdarını və əldə etmə metodunu müəyyənləşdirmək lazımdır, əks təqdirdə bəndin şimal hissəsinin Azərbaycana verilməsinin hüquqi qüvvəsi yoxdur".

Göründüyü kimi, İran deputatı faktiki olaraq Xüdafərin bəndinin şimal hissəsinə iddia edir ki, bu da Arazın Azərbaycan sahilinə düşür. Ölkəmizin ərazisinə iddia anlamına gələn bu sözlərə hələ də XİN-dən heç bir cavab verilməyib.

Xatırladaq ki, Xüdafərin bəndi ilə əlaqədar ilk mübahisəli vəziyyət ötən il yaranmışdı. Saytımızın üzə çıxardığı məlumatlardan aydın olurdu ki, 2016-cı ildə Azərbaycan nümayəndə heyətinin İrana səfəri zamanı iki dövlət rəsmiləri bəndin inşası ilə əlaqədar müqavilə imzalamışdılar.

Mələsə burasındadır ki, hələ sovet hakimiyyəti illərində İranın şimal hissəsinin su təchizatını təmin etmək üçün Moskva ilə Tehran bu barədə razılığa gəlmişdilər. Uzun illər müxtəlif səbəblərdən inşa edilməsi mümkün olmayan projenin həyata keçirilməsi SSRİ dağıldıqdan sonra Qarabağın ermənilər tərəfindən işğalı ilə daha mürəkkəb hal almışdı. Belə ki, ərazi Azərbaycanın faktiki nəzarətindən çıxmış, hüquqi cəhətdən isə bizim torpağımız sayılırdı. Nəticədə əraziyə nəzarət imkanımız olmadığından bəndin inşasına da razılıq verə bilmirdik. Çünki bu fürsətdən ermənilərin necə yararlanacağından əmin deyildik.

İran isə su problemini həll etmək üçün bu projenin inşasında maraqlı idi. Ehtimal var idi ki, Tehran Dağlıq Qarabağ erməniləri ilə sazişi yeniləsinlər. Bu isə qondarma rejimin faktiki tanınması anlamına gələ bilərdi. Məhz bu təhlükələri nəzərə alan rəsmi Bakı sözügedən müqaviləni imzalamaq məcburiyyətində qalmışdı. Halbuki, Qarabağ ərazisi Azərbaycanın ən sulaq bölgəsi olduğundan bu bənddən istifadəyə ehtiyacımız yox idi. Dolayısıyla, rəsmi Bakı yalnız bir səbəbdən - cənubda yaşayan soydaşlarımızın rifahının təminatı üçün Xüdafərin anlaşmasına imza atmağa razılıq vermişdi.

Di gəl ki, bənd inşa edildikdən sonra İran tərəfinin Azərbaycandan real xərclərdən daha artıq pul istədiyi barədə məlumatlar var. Ötən il etibarlı qaynaqlardan əldə etdiyimiz məlumatlarda bu tələbin konkret miqdarı da göstərilirdi. Məlumatı dəqiqləşdirmək imkanımız olmadığından həmin rəqəmi səsləndirmək istəmirik.

Son xəbərlər

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

Bütün xəbərlər