Gündəm

Bu qədim kənd yoxa çıxır: nə yol var, nə qaz, nə də həkim...
MUMtv.az:- Ucqar dağ kəndində böyüyən 8 yaşlı Yağmurun arzuları böyükdür. O, böyüyəndə özünün dediyi kimi, can həkimi, yəni terapevt olmaq istəyir. Bunun üçün kəndinin verə bildiyi imkanlar daxilində, bacardığı qədər oxumağa çalışır. Onun arzuları kəndlərində həkimin yoxluğundan, xəstə nənəsinin həkimə daim yaranan ehtiyacından doğub. Balaca Gülər isə bank işçisi olmaq arzusundadır. Bu il birinci sinfə gedəcək Gülər artıq sinif yoldaşlarını da adbaad tanıyır. Deyir ki, onun cəmi 3 sinif yoldaşı olacaq... Yəni bir kənddən cəmi 4 nəfər bu il birinci sinfə gedəcək. Əgər sentyabradək həmin uşaqlardan birinin ailəsi kəndi tərk etməzsə...

Son dövrlərdə balaca Yağmur və Gülərin kəndinə - Qubanın Yerfi kəndinə daimi yaşamaq üçün gələnlər olmayıb, amma hər il ailə və ya ailələr buradan köçüb gedir: kəndin əhalisi hər il bir qədər də azalır.

Tanınmışların kəndi

Babadağın ətəyində, rayon mərkəzindən təxminən 40 km-lik məsafədə, dəniz səviyyəsindən 1500 metr hündürdə yerləşən Qubanın Yerfi kəndi həm də bir sıra tanınmış şəxslərin vətəni sayılır. Bir tərəfdən hündür qaya, digər tərəfdən dağlarla əhatələnmiş bu ucqar ərazi tanınmış həkim, tibb elmləri doktoru Cabbar Hacıyevin, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin sabiq rəis müavini, ədliyyə general-mayoru Hüseynağa Əlixanovun, nasir, Penitensiar Xidmətdə işləmiş ilk yazıçı, ədliyyə mayoru Rövşən Yerfinin (Həsənli Rövşən), dramaturq, tərcüməçi Vaqif Əlixanlının doğma kəndidir.

Azərbaycanın ən qədim yaşayış yerlərindən biri olmasına baxmayaraq, çox az öyrənilən, amma zəngin tədqiqat yeri olan Yerfinin yaranma tarixi barədə yalnız ehtimallar irəli sürülür. Bu kəndin tarixi yer adları, qəbiristanlıqlarda üzə çıxmış sümüklər, kənd sakinlərinin qazıntı apardıqları zaman tapdığı nümunələrə əsasən müəyyən edilir. Son dəfə belə bir tapıntı kənd sakinlərindən biri həyətyanı ərazisində ayaqyolu üçün yer qazarkən tapılıb. Həmin yerdən 12-ci əsrə aid pulların tapıldığı bildirilir. Türkdilli əhalinin yaşadığı Yerfi ərazisində təkcə fars deyil, ərəb mənşəli yer adlarına da rast gəlinir. Bu da kəndin tarixinin min ildən çox olduğuna deməyə əsas verir.

Kənddə qazıntı-tikinti zamanı məktəb ərazisində iki metr dərinlikdə ocaq və insan sümükləri, başqa bir həyətdə VII əsrə aid mis pulların tapılması ərazinin qədim tarixə sahib olduğunu bir daha təsdiqləyir. Yerfi kəndində - Kələva baba adlı zirvəyə yaxın yerdə qədim tikililər var ki, onlar barədə də məlum olanlar bu tikililərin müdafiə xarakteri daşımasıdır.

Bu kənddə maldarlıq hər zaman əhalinin məşğuliyyəti olub. Hələ xanlıq dövründə aid olan zamanlarda kəndin kənarında süd tuneli olub ki, həmin ərazidə inəklərdən sağılan südlər tunel vasitəsilə kəndə daşınıb. İndi həmin tunelin keçdiyi əraziləri qazılarkən oradan bunun qalıqları tapılır.

Yerfidə dəmirçilik də qədim sənət növlərindən biri olub. Hələ Quba xanlığı dövründə Yerfi kəndində qılınc, xəncər və s. silahlar hazırlanıb.

Kənd dağlarla əhatələndiyindən buranın tufan tutmadığı da deyilir. Ancaq dağlarla əhatələnməsi bu kənddə sel hadisələrinin tez-tez təkrarlanmasına səbəb olur. Güclü sellər olduğu zaman əhalinin təsərrüfatına ziyan dəyir.

Kəndi tərk edən ailələr buraya geri dönmək istəmir

Yerfi bir vaxtlar bu rayonun ən böyük ərazi vahidlərindən biri olub. Bura uzun müddət əhalisinin sayına görə qonşu kəndlərdən üstün olub, bəzən dini, bəzən idarəçilik baxımından mərkəz rolunu oynayıb. Sovet dövründə bu rayonda təxminən 2000 nəfərin yaşadığı bildirilsə də, indi burada yaşayanların sayı heç 400-ü də ötmür. Lakin bu rəqəm də rəsmi qeydiyyatda olan kənd sakinlərinin sayıdır. Əslində, indi bu kənddə çox az sayda əhali yaşayır. Bir zamanlar 500-600 evin olduğu Yerfidə indi cəmi 80-90 ev var, onların da təxminən 60-da yaşayış var. Bu hesabla götürdükdə bu gün kənddə real yaşayanların sayı heç 200-ə gəlib çatmır. Kənddəki şəraitsizlik və işsizlik burada yaşayanların çörək dalınca başqa rayonlara, şəhərlərə getməsinə səbəb olub.

Sakinlərin sözlərinə görə, qazlaşdırmanın olmaması kənddə xüsusilə qış aylarında yaşayış üçün ciddi problemlər yaradır. Dağlıq ərazidə yerləşdiyi üçün yayı sərin, qışı sərt keçən Yerfidə insanlar soyuq aylarda evlərini qızdırmaq üçün oduna olan ehtiyacları artır. Lakin meşələrin qorunması üçün görülən ciddi tədbirlərə görə onların odun əldə etməsi çətin olur. Nə odundan, nə də təbii qazdan istifadə edə bilməyən kənd camaatı təzəklərdən istifadə etmək məcburiyyətində qalırlar.

Kənddə güclü külək əsən zaman elektrik enerjisi ilə təminat, ildırım caxan isə internet kəsilir. Sakinlərin tibbi xidmətlərlə təminatı da sıfır səviyyəsindədir. Kənddə adi iynə vurdurmaq üçün belə tibb bacısı yoxdur. Buna görə də yerfililər müalicə olunmaq üçün Qubanın mərkəzində və ona yaxın ərazilərdə yaşayan qohumlarının yanına getməyə, müalicələrini kənddən kənarda etməyə məcbur olurlar.

Bu yaxınlara qədər Yerfinin əsas probemlərindən biri içməli su ilə bağlı olsa da, kəndin keçmiş imkanlı sakinlərindən birinin maliyyə vəsaiti hesabına su xəttinin çəkilib. Lakin yolla bağlı problem hələ də qalmaqdadır. Quba-Yerfi yolununun Qonaqkəndə qədər olan hissəsinin asfaltlanmasına baxmayaraq, yolun qalan hissəsinin daşlı-kəsəkli olması maşınların hərəkətini çətinləşir. Buna görə əksər maşınlar, xüsusilə yola nabələd olanlar yolun həmin dik hissəsi ilə üzüyuxarı hərəkət edə bilmirlər.

Bir sinifdə fərqli yaşlı uşaqlar dərs keçir

Kəndin bir zamanlar şagird səs-küyü ilə dolu olan həyətində də son illər ərzində sakitlik hökm sürür. Dərs dövründə məktəbdə oxuyan şagirdlərin sayı təxminən 60-70 nəfər olur. Şagird sayı az olduğundan bir sinifdə yalnız eyni yaşda olanlar oxumurlar. Məsələn, 2-ci sinifdə 7 nəfər şagird oxuyur ki, onlarıın da yalnız üçü 2-ci sinif şagirdidir. Qalanlar 4-cü sinif şagirdi olduğundan müəllim fərqli yaşda olan uşaqlara eyni zamanda fərqli mövzuda olan dərslər keçmək məcburiyyətində qalır. Təbii ki, bu halda dərsin keyfiyyətli keçməsindən və uşaqların mövzuları yaxşı mənimsəməsindən söhbət gedə bilməz. Məktəb ucqar kənddə yerləşdiyindən burada müəllim çatışmazlığı da müşahidə edilir. Müəllim olmadığından kənd uşaqları rus və ingilis dilini öyrənə bilmirlər. 1990-cı illərin sonuna kimi 11 illik olan Yerfi kənd məktəbi indi 9 illik olduğu üçün uşaqlar burada tam orta təhsillərini ala bilmirlər. Bir qədər imkanı olanlar və övladının təhsilini davam etdirməsini istəyənlər öz uşaqlarını 11 illik məktəbin olduğu digər rayonlarda, kəndlərdə yaşayan qohumlarının yanına göndərirlər. Buna imkanı çatmayanlar isə uşaqlarının 9 illik təhsil alması ilə kifayətlənirlər. Belə problemlərə görə kəndi tərk edən ailələr də artıq buraya geri dönmək istəmirlər. Bu səbəbdəndir ki, kənd evləri getdikcə boşalır, yiyəsiz qalan evlər isə dağılır. Qubanın bir zamanlar ən qaynar kəndlərindən olan Yerfidə indi dağılmış və boşalmış evlərin sayı getdikcə artır.//Baku Post



Son xəbərlər

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

Bütün xəbərlər