Gündəm

“Deyirlər, adambaşına rüşvət verilir ki...” – Toylarla bağlı məsələ böyüyür

 

 
Mumtv.az: - Baş nazir Əli Əsədov toylarda karantin qaydalarına əməl edilməməsi ilə bağlı açıqlama verib. Müşahidəçilər isə bunu növbəti bağlanmanın anonsu kimi qiymətləndirirlər.

Maraqlıdır, yaxın vaxtlarda toylarla bağlı qadağanın yenidən qüvvəyə minməsi gözlənilirmi? Doğrudanmı toylar virus mənbəyidir?

Məsələ ilə bağlı  danışan terapevt Rasif Bağırov ilk əvvəl toylarla bağlı öz müşahidələrindən söz açıb:

"Toylara icazə veriləndən sonra müxtəlif yerlərdə biz də iştirak elədik. Nəticədə vəziyyət analiz etmə şansımız oldu. Elə toylar vardı ki, ümumiyyətlə, dövlət tərəfindən tətbiq edilən qaydalara əməl edilmirdi. Görürsən ki, kimlərləsə danışılıb, bu danışığa əsasən, şəxs belə davranış nümayiş etdirir. Başqa bir toyda da iştirak etmişəm ki, orada stullar arasında məsafəyədək hər şey gözlənilib. Yəni virusun keçməsi üçün heç bir əsas olmayıb.

Qonaq sayı 150-yə yaxın olub, oynayanlar da sosial məsafəni qoruyub və s. Lakin əvvəldə də bildirdiyim kimi, bunun əksinin qeydə alındığı toylar da var. Belə toylarda nə ofsiantın ağzında maska var, nə stullarda əyləşənlər məsafəni gözləyir, buna görə yoluxma ehtimalı da yüksək olur”.

Həkim rüşvət məsələsinə də diqqət çəkib: "Eşitdiyimiz bəzi şayiələr də var, düz olub-olmadığını deyə bilmərəm, lakin mən belə eşitmişəm, guya şadlıq sarayında sakitlik olsun deyə aidiyyəti orqanlara adambaşına müəyyən məbləğdə rüşvət verilir. Toylara baxanda da görürsən ki, doğrudan da, biri qaydaları tam qoruduğu halda, digəri çox rahatlıqla pozur və bundan narahatlıq keçirmir, deməli, burada nəsə var”.

Həmsöhbətimiz karantin qaydalarının sərtləşdirilməsinin təkcə toylardan asılı olmadığını da vurğulayıb: "Hər şey əhalidəki yoluxma sayından asılıdır. Göstəricilər təhlükəli həddə çatdıqda ümumi sərtləşdirmə prosesi gedəcək. Oraya artıq toylar da, nəqliyyat da daxil ediləcək. Yəni qayda ümumi verilir, təkcə toylarla bağlı məsələ deyil”.//yenisabah.az

Son xəbərlər

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

Bütün xəbərlər