mumtv.az
mumtv.az

Özünü binadan atan şəxs təcili yardımdan qaçıb ev soydu - Bakıda ŞOK hadisə

Özünü binadan atan şəxs təcili yardımdan qaçıb ev soydu - Bakıda ŞOK hadisə
21-07-2021, 13:54 70 dəfə baxılıb

Özünü binadan atan şəxs təcili yardımdan qaçıb ev soydu - Bakıda ŞOK hadisə

 

 

Mumtv.az: - Yasamal rayonunda 35 yaşlı Muxtar Ağasıyev intihara cəhd edib.

Rayonda yerləşən beşmərtəbəli binanın damına çıxan Ağasıyev özünü yerə atıb. Xəsarətlər alan şəxs təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Lakin o, yolda təcili yardım maşınından düşüb qaçaraq yaxınlıqdakı binalardan birinin blokuna girib və qapısı açıq olan evə daxil olub. Ağasıyev həmin evdə yaşayan tanımadığı şəxslərdən hədə-qorxu ilə pul tələb edib.

Hadisə yerinə polis çağırılıb. Ağasıyev saxlanılaraq Respublika Psixoloji Xəstəxanasına yerləşdirilib. İlkin məlumata görə, həmin şəxsin psixi problemləri var. //qafqazinfo.az







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA