Gündəm

Moskva bunu etsə, İrəvan sülh sazişini imzalayacaq - Deputat

 

 

Mumtv.az Axar.az a istinadən millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin "Xalq Cəbhəsi"nə müsahibəsini təqdim edir:

- Qüdrət bəy, xarici ölkələrdə ermənipərəst dairələrin himayəsinə sığınmış bəzi azərbaycanlı miqrantlar belə bir təbliğat aparırılar ki, guya biz Ermənistan-Azərbaycan sərhədlərində gərginliyi Paşinyana təzyiq məqsədilə, Rusiyanın tapşırığı ilə yaradırıq. Bu barədə fikirlərinizi bilmək istərdik.

- Bu adamlar qərəzli və tapşırıqla danışan asılı, himayədə olan şəxslərdir. Başqa nə deyəcəklər ki? 9 ay öncə dil-boğaza qoymurdular ki, İlham Əliyev heç vaxt müharibə edib torpaqları azad etməyə cəhd belə etməyəcək. Nə oldu? Yalan danışdıqları üçün xalqdan və İlham Əliyevdən üzr istədilərmi?

Əvvəla, biz özümüz Paşinyana təzyiqləri artırmalıyıq ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın, 10 noyabr 2020-ci il tarixli sazişi tam yerinə yetirsin, Zəngəzur dəhlizi açılsın və sülh sazişi imzalansın. Bu işdə bizə Rusiya, yaxud başqa bir ölkə kömək edəcəksə, onlara minnətdar olmalıyıq. Amma çox təəssüf ki, hazırda Rusiyanın timsalında mən belə bir fəaliyyət müşahidə etmirəm. Əksi olsaydı sülh sazişi çoxdan imzalanmışdı. Ermənistanla sülh sazişinin imzalanması üçün Rusiyanın "sülh sazişi imzalanmasa, mən 10 noyabr müqaviləsindən çıxıram” deməsi kifayətdir. Məhz bu səbəbdən bundan öncə mətbuata verdiyim açıqlamada qeyd etmişdim ki, biz daha 30 il Ermənistanın "ərköyün uşaq” kaprizlərinə dözə bilmərik ki, istədiyini etsin. Ermənistan işğala son qoyub qoşunlarını Qarabağdan çıxarmasa, beynəlxalq öhdəliklərini tezliklə yerinə yetirməsə, 27 sentyabrda olduğu kimi, qəti addımlar atmalıyıq. Rusiya üçtərəfli sazişin iştirakçısı kimi ya Ermənistandan öhdəliklərini icra etməyi tələb etməli, ya da bunu bacarmırsa, yaxud etmək istəmirsə, sazişdən çıxdığını bəyan edib əsgərlərini Qarabağdan çıxarmalıdır. Rusiya Çeçenistanda Salman Raduyevlə, Basayevlə danışıqları özünə sığışdırmadığı kimi, beynəlxalq nüfuzuna önəm verən ölkə kimi, Araiklə də masa arxasında oturmağı özünə sığışdırmamalıdır. Biz isə Rusiyanın Qarabağdan çıxmasından dərhal sonra, Konstitusiyamıza zidd olaraq formalaşdırılmış Xankəndidəki terrorçu rejimi silib-süpürüb atmalıyıq kənəra. Hətta ermənilər rus sülhməramlılarının arxasında gizlənib dinc insanlara, yaxud əsgərlərimizə atəş açıb təxribatları davam etdirərlərsə, onlara havadan ağır zərəbə endirməliyik. Bu istiqamətdə Ermənistanın KTMT üzrə müttəfiqlərini, beynəlxalq birliyi məlumatlandırmalı, onlarla ciddi işləməliyik. Düşünürəm ki, qardaş Türkiyənin də qollarını çırmayıb ortaya düşməsinin vaxtı çatıb. Türkiyə yalnız Rusiya ilə əldə etdiyimiz razılaşmaların icrası zamanı bizim yanımızda olmamalı, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və Azərbaycanın Qarabağda öz suveren hüquqlarının bərpa etməsinə kömək etməlidir. Ermənistan Zəngəzur dəhlizinin açılmasına imkan verməsə, bunu biz özümüz etməliyik.

- Rusiya mövcud "status-kvo”nu qoruyub saxlamaq istəsə, nə etməliyik? Prezident İlham Əliyevin Rusiyaya son səfərinin hansısa nəticələri olacaqmı?

- Azərbaycan elə bir şərait yaratmalıdır ki, Rusiya mövcud vəziyyəti qoruyub saxlamaq istəsə, Azərbaycanı itirəcəyinə əmin olsun. Düşünürəm ki, bu halda Rusiya beynəlxalq hüquqa hörmət etməyə və Azərbaycanla strateji tərəfdaşlığa üstünlük verəcək. Prezident İlham Əliyevin Putinlə görüşünə gəldikdə isə belə görüşlərin sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır. Rusiya bizim böyük qonşumuz, kənd təsərrüfatı məhsullarımız üçün böyük bazar, gənclərimizin iş axtardığı, bizdən daha çox inkişaf etmiş, daha üstün texnologiyaya sahib ölkədir. Həm də bizi 200 illik bir tarix, humanitar, mədəni, siyasi əlaqələr birləşdirir. Çalışmalıyıq ki, ruslar da bizimlə əməkdaşlığı və dostluğu düzgün qiymətləndirsinlər. Qarabağ məsələsində sona qədər ədalətli mövqe tutarsa, mən həmişə Rusiya ilə əlaqələrimizin daha da inkişaf etdirilməsinin, hətta Rusiyanın liderliyi ilə yaradılmış regional birliklərə üzv olmağın tərəfdarı olmuşam. Rusiya ilə yaxın münasibətlər sayəsində, 44 günlük savaşda onların neytrallığını təmin edib erməni işğalçılarına ağır zərbə vurub az itkilərlə torpaqlarımızın əhəmiyyətli hissəsini işğaldan azad etdik. Bu gün də Rusiya ilə dostluq siyasətimizi davam etdirməklə bütün ərazimizdə dövlət suverenliyimizin bərpa olunmasına çalışmalıyıq. Prezidentin Rusiyaya səfəri də bu məqsədə xidmət edir, problemləri üzbəüz müzakirə etməyə imkan yaradır. Ona görə də səfər çox əhəmiyyətlidir və nəticələri də olacaq.


Son xəbərlər

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

Bütün xəbərlər