Gündəm


MUMtv.az
: - "Türkiyənin dəyanət işlər başqanının icra etdiyi bayram namazına qiyabi olaraq qatıldım və xütbəsini dinlədim. Nə qədər anlamlı və gözəl mesajlar verdi. Dindən, həyatdan, siyasətdən. Bu bayram da faydalı sözlərin eşidilməsi üçün bir fürsətdir. Kipr Barış hərəkatından danışdılar, "İstiqlal" marşının sözləri ilə Türk insanının daha da əzmli olmasını təlqin etdi. İstər camiyə gələn, istər də canlı yayında izləyən insanlar üçün çox düşündürücü, anlamlı bir xütbə oldu. Azərbaycanda 44 günlük savaşdan sonra ilk Qurban bayramı idi. Hələ savaş risqi də tam mənası ilə ortadan qalxmayıb. Bəlkə siyasət, din başbilənlərimiz bunu da düşünəydilər. Cəmiyyətə Vətənə sevgi, şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı, mehribançılıq, həmrəylik mövzusunda pozitiv bir şeyləri hələ də Türkiyədəki ahənglə deyə bilmirik”.

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.

"Böyük dövlət olmanın şərtlərindən biri də budur. Hər sahədə dövlət-vətəndaş münasibətlərinin canlı tutulmasına çalışmaq vacibdir. Bu cür bayramları başdansovdu yola vermək olmaz. Din təkcə qutu qoyub nəzir yığmaqdan ibarət deyil ki? Bu həm də dövlətin ən önəmli sütunudur, məhz bu sütun sağlam təmələ oturmadığına görə hər an binamızın uçma təhlükəsini hiss edirik. Üstəlik də ictimai nəqliyyatın bayram günlərində işləməsini qadağan etməklə, təkcə Allahın bayramına deyil, Allahın vətəndaşına da başdansovdu yanaşıldığını görürük. Olmaz. İnsanların bir qisminin taksiyə verməyə pulu yoxdur. Belə günlərdə də qiymətləri taksilər kəlləçarxa çıxarırlar. Vətəndaşa bayram əvəzinə hüsran yaşatmaq olmaz. Bu mənasız qərarlardan da uzaq durmaq lazımdır. Nə isə, gedib qurbanlarımızı kəsdirib paylayaq, Allah hər kəsin niyyətinə görə əməlini qəbul etsin!” – F.Mustafa qeyd edib.

Son xəbərlər

Ramin Abdullayevin “göydələn” biznesi

Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO

Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...

Bu tarixdən maaş, pensiya və müavinətlər artırıla bilər

“Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklər təsdiqləndi

Dövlət Reklam Agentliyinin yeni sədri kimdir? - DOSYE

Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcək

Həcc ziyarəti üçün kvota bəlli oldu

Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı

Yaponiya və İran XİN başçıları Yaxın Şərqdəki son hadisələri müzakirə ediblər

“Xəzər Hövzəsi Araşdırmaları” proqramının açılışı olub

Bakıda adsız, ünvansız olan küçə və evlərin problemi - VİDEO

Gecə ac qarına yatmağın FAYDALARI

Prezident Şirvan suvarma kanalının təməlini qoyub

İİTKM informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

Sel və ildırım 43 nəfərin həyatına son qoydu

Vardanyanın “zənginlik yolu” – Odioz milyarderin “biznes karuseli” necə fırlanıb? - ARAŞDIRMA

Türkiyə HƏMAS ilə danışıqlar aparacaq

Bu amillər görmə qabiliyyətini azaldır

İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

Məişət zorakılığına görə cəzalar sərtləşdirildi

Naxçıvan Ali Məclisində yeni təyinatlar

Ekoloqdan xəbərdarlıq: "Azərbaycanı böyük su problemi gözləyir"

Azərbaycanlı Polşada deputat seçildi

Bu şəxslərə əsas olmadan sığorta ödənişi edildi

Bu vitaminlər həyat üçün təhlükə yarada bilər

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə xəbərdarlıq - VİDEO

"Azərbaycan Kredit Bürosu" yeni skorinq xidmətini istifadəyə verib

Dostlarınız sizə zərər verə bilər - Bürclər nə deyir?

Azərbaycanda dollar bahalaşa bilər? - AÇIQLAMA

ABŞ Senatında Ukrayna və İsrailə yardımla bağlı konsensus əldə olunub

Akademik Zərifə Əliyevanın anım günüdür

Bütün xəbərlər