Gündəm

Evinə bomba düşən Gəncə sakini ÇARƏSİZDİR - "Hara müraciət etməliyik daha?"

 

 
Mumtv.az: - Gəncə şəhər sakini Telman Rəhmanovun şikayəti var. Deyir, ötən ilin oktyabrında Gəncəyə atılan raket evini uçurub. Həmin gündən bu yana 5 nəfərlik ailəsi ilə birgə küçələrdə qalıb.

"Qanunla bizi ya yataqxana, ya da evlə təmin etməli idilər. Müraciət etdik, dedilər: "Yataqxanada yer qalmayıb, doludur”. O zaman kirayə mənzillə təmin edin, dedik. Onda da "bunun üçün Maliyyə Nazirliyi vəsait ayırmalıdır, ayırmayıb”, – cavabını verdilər”.

Telman Rəhmanov deyir ki, özünün kirayə mənzil tutmaq üçün imkanı yoxdur. Odur ki, evlərinin həyətində olan kiçik, 10 kvadratlıq daxmada yaşamalı olublar:

"Yaşlı anam bizimlə yaşayır. O, bizim kimi güclü deyil, xəstədir, problemləri var. Ona görə qohum evinə göndərmişik. Amma qonaq qalmaq da 1- 2 gün olar. Nə vaxtacan orada qalmalıdır? Hələ evin bərpası nə qədər çəkəcək, bilinmir. Qışı daxmada keçirdik, zülmlə. İndi də yay gəlib, inanın istidə 4 nəfərin 10 kvadratlıq yerdə qalması nə qədər çətindir, yəqin anlayarsız. Dərdimizi hara deyək, bilmirik, eşitmirlər”.

Şikayətçi deyir ki, maliyyə ayırması üçün Maliyyə Nazirliyinə də 3 dəfə məktub göndəriblər. Sonuncu məktub Nazirlər Kabinetinə yönləndirilib, oradan da Gəncə Şəhər İcra Hakimiyyətinə:

"Məktubun bir nüsxəsini də mənə göndərmişdilər. Orada bildirilirdi ki, problemin həllini icra hakimiyyətinə tapşırıblar, biz ora müraciət edək. İnanın, oktyabrdan bu yana mən icra başçısının qəbuluna düşə bilməmişəm. Nə zənglərə, nə də müraciətlərimə cavab verirlər. Gedirəm, "qəbul günü deyil”, – deyib, yola salırlar. Bundan o tərəfi varmı? Hara müraciət etməliyik daha?”

Rəhmanovlar ailəsi Gəncənin Cavadxan qəsəbəsində yaşayırlar. Ötən ilin oktyabrında evləri dağılanda Fövqəladə Hallar Nazirliyindən gəlib baxış keçiriblər:

""Qəzalıdır, hər an uçma, dağılma təhlükəsi var”, – dedilər. Bildirdilər ki, evdə bir gün də qalmaq olmaz. Biz də çıxdıq. Bir neçə gün qohumların evinə yerləşdik, müraciət etdik. Amma bizi qalmağa yerlə təmin etmədilər”.

Rəhmanovlar ailəsinin evlərinin bərpasına isə 20 gündür başlanıb. Telman Rəhmanov bildirir ki, işin gedişatından narazı deyil. Ustalar gec saatlara qədər işləyirlər ki, evi tez bitirib versinlər. Ancaq yenə də "2-3 aya bitməz” deyir:

"Hətta evləri dağılan ailələrə birdəfəlik yardımlar verildi, bizə onu da vermədilər ki, barı onunla gedib ev tutaq. Oktyabrdan bu yana zülmdəyik”.

 Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşı Gülnar Rzayeva deyir ki, ola bilməz kimsə diqqətdən kənar qalsın:

"Əgər belə bir yanlışlıq olubsa da, tezliklə düzəldiləcək. Zərərçəkmişlərin çoxu yataqxanalarda yerləşdirilib. Düzdür, yer olmaya bilər, amma belə hallarda kirayə haqqı ödənir. Ola bilməz ki, adı siyahıda olsun, qeydiyyata düşsün, amma qalacaq yerlə təmin olunmasın. İndi mən tapşıracağam, vətəndaşla aidiyyatı üzrə məşğul olsunlar, maraqlansınlar”.

Gülnar Rzayeva şikayətçinin ad və soyadını, əlaqə nömrəsini götürüb.

Azərbaycanda Ermənistanın işğalı nəticəsində dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı işçi qrupları yaradılıb. Ötən il noyabrın 12-də Baş nazir bununla bağlı sərəncam imzalayıb.

Söhbət sentyabrın 27-dən başlayaraq mülki əhaliyə, dövlət əmlakına, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında prezidentin sərəncamından gedir.

Bütövlükdə, Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Tərtər, Füzuli, Cəbrayıl, Goranboy rayonları və Naftalan, Gəncə, Mingəçevir şəhərləri üzrə 11 işçi qrupu yaradılıb. Üstəlik, Tərtər rayonu üzrə dəymiş ziyanın miqyasını nəzərə alaraq 3 işçi qrupu formalaşdırılıb.

Ümumilikdə bu müddət ərzində təqribən 3700 obyektə müxtəlif dərəcəli ziyan dəydiyi bildirilir.//dia.az
 

Evinə bomba düşən Gəncə sakini ÇARƏSİZDİR - "Hara müraciət etməliyik daha?"

 


Evinə bomba düşən Gəncə sakini ÇARƏSİZDİR - "Hara müraciət etməliyik daha?"

 


Evinə bomba düşən Gəncə sakini ÇARƏSİZDİR - "Hara müraciət etməliyik daha?"

 


Son xəbərlər

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO

Dövlət Ehtiyatları Agentliyi sığortaçı seçir

Manikür lampaları kor olmağınıza səbəb ola bilər

Zurabişvili Makron və Mişeldən kömək İSTƏDİ

Hadı Rəcəbli vəfat etdi

Aqrar Sığorta Fondu 677 min manat qanunsuz köçürmə edib

Daha bir "TikTok"er saxlanıldı

Milli Məclisin növbəti iclasının gündəliyi

Bütün xəbərlər