mumtv.az
mumtv.az

Ağdaşda karantin qaydalarını pozan şadlıq sarayları aşkarlanıb

Ağdaşda karantin qaydalarını pozan şadlıq sarayları aşkarlanıb
16-07-2021, 17:39 31 dəfə baxılıb

Ağdaşda karantin qaydalarını pozan şadlıq sarayları aşkarlanıb

 

 
Mumtv.az: - Ağdaş Rayon Polis Şöbəsi və digər aidiyyəti qurumların nümayəndələri tərəfindən keçirilən nəzarət tədbirləri zamanı şəhər ərazisində fəaliyyət göstərən 3 şadlıq sarayında karantin rejimi qaydaları və şərtlərinin pozulması hallarına rast gəlinib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, "Ağ saray” və "Samirə” şadlıq saraylarında keçirilən toy mərasimlərində qonaqların sayının icazə verilən normadan artıq olması müəyyən edilib. Həmin obyektlərin icarədarları Məmməd Sadıqov ( "Samirə” şadlıq sarayı ) və Səbuhi Mustafayev ( "Ağ saray” şadlıq sarayı ) inzibati məsuliyyətə cəlb edilib.

Digər bir qayda pozuntusu isə Ağdaş şəhərində yerləşən "Ay işığı” şadlıq evində qeydə alınıb. Belə ki, icarədar Telman Yusubovun keçirilən toy mərasimi ilə bağlı məlumatları "icaze.e-gov.az” portalında qeydiyyatdan keçirməməsi aşkarlanıb. Onun barəsində də İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə ) maddəsi ilə protokol tərtib olunaraq cərimələnib.//dia.az
 

Ağdaşda karantin qaydalarını pozan şadlıq sarayları aşkarlanıb

 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA