Gündəm
Gündəm / İdman
“Zirə”də niderlandlı hücumçu
Mumtv.az: - "Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.
Klubun mətbuat xidməti xəbər verir ki, paytaxt təmsilçisi Mohamed Hamdouini transfer edib. Niderlandlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 28 yaşlı futbolçunun son klubu ölkəsinin "De Qrafshap" klubu olub. O, həmçinin, "Vittes", "Dordrext" və "Tvente"də də çıxış edib.