Gündəm

Azərbaycanda neft biznesi olan Mixail Qutseriyev sanksiyalara görə “Russneft”dən uzaqlaşdı - ŞİRKƏTİ XİLAS ETMƏK ÜÇÜN...

 

 
 
Mumtv.az: - Azərbaycanın 16 quru neft yatağının sahibi, inquş əsilli rusiyalı neft oliqarxı Mixail Qutseriyev "Russneft” şirkətini tərk edib. Virtualaz.org xəbər verir ki, buna səbəb Qutseriyevin Avropa İttifaqının Belarusa qarşı tətbiq etdiyi son sanksiyaların təsiri altına düşməsidir. Qutseriyevin Belarusda iri biznesi var.

RBK agentliyi şirkətdən yayılan məlumata istinadən bildirir ki, Qutseriyev nəinki "Russneft”in direktorlar şurasının sədri postunu tərk edib, eləcə də direktorlar şurasının üzvlüyündən çıxıb. Habelə Biznesmenın adı şirkətlə bağlı olan şəxslər siyahısından tamamilə çıxarılıb. "Russneft”in direktorlar şurası iyulun 13-də keçirilmiş iclasında şirkətə nəzarət edən konkret şəxsin olmadığı, o cümlədən Mixail Qutseriyevin daha şirkətə nəzarət etmədiyi haqda hüquqşünasların rəyini nəzərdən keçirərək razılaşdırıb.

Direktorlar şurası bu qənaətə Avropa İttifaqının sanksiyalar qanunvericiliyi sahəsində təcrübəyə malik olan müstəqil hüquq məsləhətçilərinin analizi əsasında gəlib. Ekspertlər qismində "Herbert Smith Freehills”, "Baker Botts” (UK) LLP və LECAP hüquq şirkətlərindən hüquqşünaslar cəlb olunub.

Hüquq məsləhətçilərinin apardıqları hüquqi analizdən belə qənaət yaranır ki, M.Qutseriyev şirkətə nəzarət edən şəxs deyil, onun şirkətdə inzibati, idarəetmə və digər postlara kimisə təyin etmək, vəzifədən çıxarmaq səlahiyyəti yoxdur. Habelə Qutseriyev Avropa İttifaqının sanksiya nizamlanması normaları ilə nəzərdə tutulmuş şəkildə şirkət üzərində nəzarətə malik deyil.

Şirkətin indiki direktorlar şurası iyunun 28-də seçilib və ora 12 nəfər daxildir. "Rossneft” hazırda ştat rejimində işləyir.

Mixail Qutseriyev Azərbaycanda da iri neft biznesinə malikdir və quruda yerləşən 16 neft yatağını alıb. 2008-ci ildə Qutseriyevin offşor şirkəti "Global İnvestment Energu" (sonradan bu şirkət "Naftis"in tərkibinə daxil edilib) Azərbaycanın 4 neft yatağında qazma işləri aparmaqla bağlı lisenziyaya malik iki şirkətin səhmlərini alıb. Söhbət "Mişovdağ" və "Kəlaməddin" yataqlarının operatoru "Karasu Operating Companu"nin 85, "Padar" və "Harami" yataqlarının operatoru "Kura Valley Operating Companu"nin 80 faizlik aksiyalarından gedir. Səhmlərin qalanı ARDNŞ-in olub.

Həmin il ARDNŞ M.Qutseriyevin yaratdığı, öz strukturlarında "Abşeron Operating Companu Limited" ("Zığ" və "Hövsan" yataqlarını işləyir), "Karasu Operating Companu" ("Kəlamətdin" və "Mişovdağ"), "Kura Valey Operating Companu" ("Padar-Hərəmi"), "Neftçala İnvestments Limited" ("Neftçala", "Xıllı", "Durovdağ-Bazanan"), "Binagadi Oil Companu" ("Binəqədi", "Qırmakı", "Çaxnaqlar", "Sulutəpə", "Masazır", "Fatmayı", "Şabandağ" və "Sianşor") şirkətlərini birləşdirən "Qlobal Enerji Azərbaycan Ltd." ilə hasilatın pay bölgüsü (HPB) tipli 16 yatağın işlənməsi üzrə 2 neft kontraktı imzalayıb.//dia.az

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər