mumtv.az
mumtv.az

Bakıda gecə 23-25 isti, gündüz 33-35 dərəcə isti olacaq - Belə deyirlər...

Bakıda gecə 23-25 isti, gündüz 33-35 dərəcə isti olacaq - Belə deyirlər...
16-07-2021, 15:26 65 dəfə baxılıb

Bakıda gecə 23-25 isti, gündüz 33-35 dərəcə isti olacaq - Belə deyirlər...

 

 
Mumtv.az: - Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,

əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 23-26 isti, gündüz 31-36 isti,

Bakıda gecə 23-25 isti, gündüz 33-35 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 60-70 , gündüz 40-45 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25 isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

İyulun 17-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki,

bu da meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 isti, gündüz 32-37 isti, dağlarda gecə 11-16 isti, gündüz 20-25 dərəcə isti olacaq//dia.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA