Gündəm

Şuşaya açılan atəşə İlham Əliyevin möhtəşəm cavabı

 

 

Mumtv.az: - Bu gün gecə saatlarında Azərbaycan Ordusunun Şuşa istiqamətində yerləşən qüvvələri yenidən erməni terrorçuların atəşinə məruz qalıb.

6 iyulda Ağdam, 13 iyulda Şuşa, eyni zamanda sərhəddə - Naxçıvan istiqamətində baş verən erməni təxribatlarının davam edəcəyi gözlənilən idi, ancaq Şuşa istiqamətində "ardıcıllıq” artıq diqqət çəkməyə bilməz və görünür, kimlərsə hansısa planlarını icra etməyə tələsirlər.

Planlər nədir və yaxud nə ola bilər?

Ötən gün Prezident İlham Əliyev mümkün planlar və ehtimallar barədə cəmiyyətə mesaj verdi və mövqeyini bir daha elan etdi. Əliyev bir daha 7 iyul fərmanının siyasi-tarixi əhəmiyyəti və statusu haqda tam açıq şəkildə danışdı. Xüsusi vurğuladı ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixdə qalıb, "Dağlıq Qarabağ” adlı inzibati ərazi bölgüsü yoxdur, Qarabağ iqtisadi rayonu var və... VƏSSALAM! Bu "vəssalam” sözü Prezident İlham Əliyevə məxsusdur və qəti mövqedir: heç bir statusdan, hətta bu istiqamətdə müzakirə cəhdlərindən söhbət gedə bilməz.

İlham Əliyevin bu mesajları 9-10 iyul tarixlərində diplomatik korpusların Bakıdakı nümayəndələrinin Şuşaya təşkil edilən səfərinə ABŞ, Fransa və Rusiya səfirlərinin qatılmaması faktına, ATƏT-in Minsk Qrupunun həmsədri olan bu ölkələrin hansısa perspektivdə "münaqişənin həlli üçün” mümkün müzakirələr açmaq istəyinə cavab idi. Prezident ümumiyyətlə "Dağlıq Qarabağ” ifadəsini siyasi gündəmdən çıxarmaqda nə qədər qətiyyətli olduğunu bildirdi.

Bu, paralel olaraq Rusiya Müdafiə Nazirliyinin Ağdam, daha sonra isə Şuşa istiqamətində açılan atışlə bağlı "Dağlıq Qarabağ”, "Dağlıq Qarabağdakı Azərbaycan və Ermənistan hərbi birlikləri”, "Dağlıq Qarabağdakı tərəflər”, "mövqelər” və s. tipində Ermənistanın Qarabağda mövcudluğunu siyasi leksikonda saxlamaq cəhdlərinə verilən qiymətdir!

Prezident İlham Əliyevin bu cür net, açıq və kəskin cavabından sonra gecə saatlarında Şuşa istiqamətində növbəti atəşin açılması isə artıq müqavimət deməkdir. Azərbaycan rəhbəri "postmüharibə” ifadəsindən imtina etdiyini, postmünaqişə prosesinin hüquqi-siyasi reallıq olduğunu və bunun qəbul edilməsinin vacibliyini Qoşulmama Hərəkatının Nazirlər Konfransının Bəyannaməsinə də daxil etdi. Bu Bəyannamədəki "postmünaqişə” termini birbaşa Qarabağa aiddir. O Bəyannamə və o Qoşulmama Hərəkatı ki, ötən gün Azərbaycanın dəstəyi ilə Rusiya bu quruma müşahidəçi statusunda qəbul edildi və deməli, postmünaqişə prosesində Rusiya da var!

Rus sülhməramlıları və erməniyönlü rus mediası yeni reallığa uyğun olmayan ifadələri informasiya savaşında istifadə etməklə, siyasi düşüncələrə təsir etmə cəhdlərini davam etdirirlər. Təəssüf ki, bu informasiya manipulyasiyalarına Azərbaycan siyasi kəsimi də sövq-təbii düşür.

Bu gün Müdafiə Nazirliyinin Şuşa istiqamətində atəşə cavab olaraq erməni terrorçularını susdurmaq üçün atəş açdığı haqda rəsmi məlumatı yayılıb. Məlumatda xüsusi diqqət tələb edən və Azərbaycanın hərbi-siyasi mövqeyini ifadə edən ifadə olduqca mühümdür: "Atəş Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb”.

Bu, erməni terrorçularının harda, necə yerləşdiyi və 10 noyabr bəyanatının 4-cü bəndinə - erməni silahlı birliklərinin Qarabağdan çıxarılmasına rus sülhməramlılarının məsuliyyət daşıdığını, eyni zamanda rus sülhməramlılarının həmin ərazidə müvəqqəti məskunlaşdığını ifadə edir və hər bir söz dəqiq seçilib. Ancaq bunun ardınca "Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb” ifadəsi hərbi baxımdan normal sayılsa da, siyasi ifadə kimi əleyhimizə istifadə edilə bilər. Qarabağda "qarşı tərəf” yoxdur, Azərbaycan Ordusu qanunsuz erməni birlikləri, terrorçularını zərərsizləşdirmək üçün atəş aça bilər.

Digər tərəfdən, Azərbaycanın daxilində, Qarabağda Azərbaycan Ordusunun "mövqeləri” də yoxdur. Bu "mövqe” Azərbaycan dilində yerləşmə məkanı mənasını ifadə etsə də, tərcümələrdə "təmas xətti” təsəvvürü yarada bilər. Azərbaycan ordusunun Şuşa istiqamətində yerləşən bölməsi var, "mövqeyi” yoxdur! Məhz o bölmələrimiz, hərbçilərimiz Qarabağdakı rus sülhməramlılarının arxasında gizlənən erməni qanunsuz hərbi birləşmələri tərəfindən atəşə tutulub.

Biz Qarabağda "cavab atəşi” açmırıq, sadəcə, terrorçulara zərbə endiririk!

Beləliklə, Azərbaycan siyasi rəhbərliyinin qanunvericilik (7 iyul fərmanı), diplomatik (9-10 iyul diplomatların Şuşa səfəri), beynəlxalq hüquq (QH NK-nın 14 iyul Bəyannaməsi) və s. istiqamətlərdə genişmiqyaslı və strateji addımları Ermənistanın və onun himayədarlarının müqaviməti ilə müşahidə olunur və təxribat artır. Ancaq Azərbaycan Prezidentinin düşüncə və strategiyasını, görünür, düşmənlər düşgün qiymətləndirmirlər.

Prezident İlham Əliyev ötən gün Böyük Qayıdış prosesinin Zəngəzur, Göyçə və İrəvanı da əhatə edəcəyini rəsmən elan etdi. Nə qədər bu cür xırda müqavimətlər olacaqsa, Azərbaycanın siyasi-strateji və hərbi hədəfləri də bir o qədər genişlənəcək.

Bu, İlham Əliyevin dəmir iradəsi və möhtəşəm milli strategiyasıdır...//axar.az


Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər