Gündəm
Gündəm / Hadisə
Bakıda İstehsalat Birliyinə aid telefon naqilləri oğurlandı
Mumtv.az: - Bakıda telefon rabitə naqillərini oğurlayan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər Telefon İstehsalat Birliyinə məxsus 185 metr telefon rabitə naqilini oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri M.Birbalazadə və qardaşı müəyyən edilərək saxlanılıblar.//unikal.org