Gündəm

Leyla Abdullayeva Tiqran Avinyanın cavabını verdi

 

 

Biz destruktivlik deyil, konstruktivlik tərəfdarıyıq.

Mumtv.az Axar.az a istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Baş nazirinin müavini Tiqran Avinyanın "Qarabağın statusu məsələsi həll olunmayanadək sülh müqaviləsi olmayacaq” bəyanatını şərh edərkən bidirib.

"Görünür, T.Avinyan unudub ki, artıq seçkilər geridə qalıb; indi populizm deyil, real işlərlə məşğul olmağın zamanıdır. Ümumiyyətlə, Ermənistan rəsmilərinin bölgədə yaranan yeni reallıqla uzlaşmayan və sülhü hər hansı əsassız məsələlər ilə şərtləndirməyə çalışan bəyanatları, ilk növbədə elə bu ölkənin özünə qarşıdır. Bölgədə sülh, təhlükəsizlik və tərəqqinin əldə edilməsinin ən yaxşı vasitəsi münasibətlərin normallaşmasıdır, bunun təməlində isə beynəlxalq hüquq prinsiplərinə hörmət və riayət dayanır. Bu, Azərbaycanın hər zaman nümayiş etdirdiyi mövqedir. Ərazilərimizin işğalı faktorunun aradan qaldırılması ilə biz qonşu Ermənistanla münasibətlərin normallaşmasına hazır olduğumuzu bəyan etdik, yeni əməkdaşlıq təşəbbüslərini dəstəklədik. Çünki biz destruktivlik deyil, konstruktivlik tərəfdarıyıq", - o deyib.

L.Abdullayeva qeyd edib ki, qondarma status məsələsinə istinadlara gəldikdə, xatırlatmaq istərdik ki, bu xüsusda Azərbaycanın mövqeyi dəfələrlə və ən yüksək səviyyədə bəyan edilib. Dövlət başçımız 14 iyul tarixində səsləndirdiyi çıxışında bir daha vurğuladı:

"Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Dağlıq Qarabağ yoxdur, Qarabağ var. İyulun 7-də imzaladığım fərman əsasında Qarabağ iqtisadi zonası yaradıldı. Bütün Qarabağa aid olan rayonlar orada birləşib”. Eyni zamanda biz bəzi xarici nümayəndələr tərəfindən də oxşar fikirlərin irəli sürüldüyünü müşahidə edirik. Təəssüf ki, bu insanların səsləndirdiyi boş vədlər və xülyalar Ermənistana yaxşı heç nəyi vəd etmir. Bunu Ermənistan dərk etməli, keçmişdən və tarixdən nəticə çıxarmalıdır".


Son xəbərlər

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Bütün xəbərlər