Gündəm

Azərbaycanlı alimdən koronavirus barədə İLGİNC AÇIQLAMALAR - “Tam məsuliyyətimlə bəyan edirəm ki...”

 

 
Mumtv.az: - Hələ iyun ayının ortalarında Amerika Birləşmiş Ştatlarında (ABŞ) konfransda çıxış etmiş türkiyəli alim, Almaniyanın "Biontech” firmasının qurucusu Uğur Şahin, bəzi ölkələrdə tədbirli davranılmasa, 4-cü dalğanın olacağını söyləmişdi. Alim bunu "Delta” ştammının yayılması ilə əlaqələndirmişdi.

Artıq ölkəmizdə də bir qrup həkim koronavirusun 4-cü dalğası barədə mesajlar verməkdədir. Yoluxma sayında da günbəgün artan rəqmələrin müşahidə edilməsi insanları narahat etməyə başlayır. 4-cü dalğa gözləniləndirmi? Ciddi narahatlığa əsas varmı? AYNA bu barədə həkimlərimizin fikirlərini təqdim edir.

Tibb elmləri doktoru, professor Musa Qəniyevin sözlərinə görə, ciddi narahatlığa əsas yoxdur: "Söylədiklərimin məsuliyyətini dərk edib, təsdiq olunmayacağı halda, ən ağır cəzanı belə, çəkməyə hazır olan bir mütəxəssis və alim kimi bir daha bəyan edirəm: "Alfa”, "Beta”, "Delta”, "Delta-plyus” və s. kimi ştamlar, COVID-19-un RNT-sində yaşam, bələdləşmə və uyğunlaşma qanunlarına uyğun olaraq baş verən və baş verməsi mütləq qanunauyğunluq və zərurət olan letallıq mutasiyası nəticəsində əmələ gələn mutantlardır. Hazırda latın əlifbası sırası ilə adlandırılan, onların 4-ü gündəmdədir. Növbəti aylarda daha 5-i haqqında, daha sonra isə digərləri haqqında məlumat verilə və onların "ölüm mələkləri” olduğu bildirilə bilər. Xatırlatmaq istəyirəm, bunlar insanların depressiyaya düşməsi, həyatdan əl üzməsi və düşünülmüş şəkildə özünə qapanması və məhvinə xidmət edən istəklərdir. Buna yol verilməməlidir”.

Alim bildirib ki, yeni ştamlar COVID-19-un özündən təhlükəli ola bilməz: "Bildirmək istəyirəm, COVID-19-un hazırda genom fərqliliyi göstərən 4 ştammı, öyrənilən 5 ştammı, tapılacaq yeni sıra ardıcıllığı ilə 15 ştammının heç biri letallıq və arzuolunmaz proqnozuna münasibətdə, COVID-19-dan üstün ola bilməz. Bu, qeyri-mümkündür, təbabət və mövcudiyyət qanunlarına ziddir”.

"COVID-19 artıq 2-ci aydır ki, fəsli infeksiyadır. Dövrü olaraq onun yeni-yeni mutantlarının yaranması və ya yaranacağı ilə bağlı məlumatlar yayılsa da, onların heç biri arzuolunmaz proqnozu və letallıq potensialına görə COVID-19-dan qorxulu ola bilməz. Kimlərinsə nə yazıb, nə deməsindən asılı olmayaraq, COVID-19-un artıq əbədiyyətə qovuşmasına şübhəniz olmasın”, - deyə Qəniyev vurğulayıb.

Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru, həkim Aydın Əliyev də hesab edir ki, 4-cü dalğa olmayacaq. O, bununla bağlı sosial şəbəkə hesabından paylaşım edib: "4-cü dalğa olmayacaq. Dalğa oyunları ilə insanları stresə salmayın! Azərbaycanda cəmi 1 epidemik alovlanma olub. Bizdə karantin sərtləşdiriləndə yoluxma azalıb, yumşaldılanda artıb. Bu, dalğa deyil, dalğa odur ki, eyni karantin şərtlərində yoluxma artıb-azalsın”.

Həkim 4-cü dalğa ilə bağlı proqnoz verənləri ehtiyyatlı davranmağa çağırıb: "4-cü dalğa proqnozu verənlər bir az düşünsünlər. Pandemiya bitər-bitməz, əksər insanlarda psixi-nevroloji problemlər ciddi şəkildə artmaqdadır. Yenidən insanları stresə salmaq olmaz. Bu, ciddi fəsadlar yarada bilər. Yığışdırın bu dalğa oyunlarını. Nə olacaqsa, olacaq. Situasiyaya uyğun davranılmalıdır. Yoxsa su gəlməmiş çırmanırıq yenə?”.

Anestezioloq-reanimatoloq Şahin Məmmədov də "Delta” ştammı ilə bağlı ciddi narahatlığa əsas görmür: "Narahatlığa səbəb görmürəm. Düzdür, əvvəlki variantlardan daha sürətli yayılması ilə seçilir. Amma xoşbəxtlikdən bu mutasiya da əvvəlki mutasiyalar kimi yalnız yoluxma sürətində fərq yarada bilib. Bu variant xəstəxanaya qəbul və ölüm faizini artırmır. Simptomlarda yüngül soyuqdəymə, başağrısı, burun axması, qızdırma daha çox görünür, nəinki öskürək”.

Vaksinlərin "Delta” variantda effektinə qaldıqda isə həkimin sözlərinə görə, göstərici yaxşıdır: "Vaksinlər "Delta” variantına qarşı yüksək effektivlidir. 2 dəfə vaksin vurulmuş insanlar bu variantdan da qorunacaqlar”//ayna.az

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər