Gündəm

Sahil Babayevin yarıtmaz fəaliyyətinin növbəti qurbanı ...

MUMtv.az: - Ölkəmizdə vətəndaşları ən çox narazı salan dövlət qurumlarından biri, hətta birincisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Hansı ki, uzun müddətdir hər gün media gündəmində sözügedən quruma rəhbərlik edən nazir Sahil Babayevin yarıtmaz fəaliyyəti barəsində silsilə yazılar dərc olunur, vətəndaş şikayətləri, videogörüntünülər yayımlanır. Amma, nədənsə bu qədər deyilən sözlər, narazı vətəndaş şikayətləri Sahil Babayevi qətiyyən, zərrə qədər də olsa narahat eləmir. Səlim Müslümovun "atasına rəhmət oxutduran" Sahil Babayev mövcud problemləri aradan qaldırmaq yerinə, hər gün biraz da xalqı qıcıqlandırmaqda davam edir.

Sanki, camaatın səbrinin sonunu görməyi qarşısına məqsəd qoyub.

Əvvəl Sahil Babayevin korrupsioner və istifadəçi komandası öz yaxınlarına, yaxud rüşvət aldıqları şəxslərə saxta yollarla təqaüd düzəltdirib dövlət büdcəsinə şərik qoşdular. Bir neçə il bu minvalla "sandıq"larını doldurduqdan sonra, nazirin ağlına yeni idea gəldi ki, "pensiyaları dayandırsın, təzədən komissiya təşkil olunsun, həqiqi əlilliyi, yaxud hər hansı bir xəstəliyi olan şəxslərə yenidən pensiya təyin olunsun.

Amma, nə xeyri?!

Deyəsən yenə bu nazirlikdə "köhnə hamam, köhnə tas"dır. Çünki, elə gözümüzün önündə mediada o qədər xəstə, əmək qabiliyyətini itirmiş insanlar, Qarabağ qaziləri etiraz edir ki, "Bir neçə aydır mənim pensiyamı kəsiblər, indi də bərpa etmirlər. Get-gələ salırlar."

Sanki, adıçəkilən nazirlik çox düzgün və fəal çalışırmış kimi yeni bir mərkəz, "Məşğulluq mərkəzləri" və "Özünüməşğulluq proqramı" da bu bu Nazirliyin tərkibində yaradıldı.

"Özünüməşğulluq proqramı"nın iştirakçıları bu proqrama qoşulmaqla, təsərrüfatla məşğul olub, Maddi durumunu qismən də olsa yaxşılaşdırmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən dəstək alırlar. İribuynuzlu və xırdabuynuzlu mal-qara, bal arısı, barama və sair ilə təmin olunurlar.

Bu Dövlət dəstəyi bütün Azərbaycan üçün mövcuddur.

Sahil Babayevin onu belə normal idarə etməyi bacarmayan "aciz komanda"sı dövlətin dəstəyini xalqın "burnundan gətirir"lər.

Belə ki, proqram iştirakçılarının çox hissəsi gileylənir ki, "bizə xəstə, qısır, süd verməyən, zəif, yararsız heyvanlar verirlər. Onlar da heç nəyə yaramır. O heyvanlar bizə kömək deyil, əksinə yük olurlar."

Bəzi vətəndaşlara isə ümumiyyətlə mal-qara deyil, əziyyət verirlər. Aylarla, hətta illərlə get-gələ salırlar. Eynilə Redaksiyamıza şikayətçi olan İsmayıllı rayon sakini Rəcəbalıyev Kamil Nazim oğlu kimi.

Sahil Babayevin yarıtmaz fəaliyyətinin növbəti qurbanı ...
Rəcəbalıyev Kamil

Kamil Rəcəbalıyev İsmayıllı rayon Mücühəftəran kənd sakinidir. 3-cü qrup əlildir. Nə özü, nə həyat yoldaşı işləmir. 3 azyaşlı övladı var. Sonbeşik övladı miasteniya sindiromludur. Aztəminatlı ailədir. Maddi durumunu yaxşılaşdırmaq, övladlarının dolanışığını təmin etmək məqsədilə iribuynuzlu mal-qara əldə etmək üçün İsmayıllı rayon Məşğulluq idarəsinə müraciət edib.

Gəlin, məsələnin davamını elə Kamil Rəcəbalıyevin özündən öyrənək.

DogruXeber.az informasiya agentliyinə müraciət edən Kamil Rəcəbalıyev deyir:

"Mən İsmayıllı rayon Məşğulluq idarəsinin əlindən cana doymuşam. 2019-cu ildən bəri Məşğulluq idarəsinin yollarında qalmışam.

2019-cu ildə iribuynuzlu mal-qara əldə etmək üçün İsmayıllı rayon Məşğulluq idarəsinə müraciət etmişəm. O vaxtlar Ramil İsayev idi idarənin müdiri.
(Yeri gəlmişkən onu da deyim ki, Ramil İsayev qiraətçi Pünhan ismayıllının, eyni zamanda İsmayıllı rayon torpaq şöbəsinin müdiri Sadiq İsmayılovun yaxın qohumudur).

Sahil Babayevin yarıtmaz fəaliyyətinin növbəti qurbanı ...
Ramil İsayev

Məşğulluq idarəsində mənə dedilər "qeydə aldıq. Get sənə heyvan veriləcək". Gəldim bir il gözlədim heç bir xəbər çıxmadı. 2020-ci ildə yenidən idarəyə getdim. Artıq idarə müdiri dəyişmişdi. Ramil İsayev müdir vəzifəsindən azad edilib, yerinə Emil Bədəlov müdir təyin olunmuşdu. Ramil İsayev isə hər şeyə rəğmən, yaxınlarının nüfuzu sayəsində müdir müavini vəzifəsinə də olsa yiyələnə bilmişdi.
Mən idarədə sual verdim ki, nə qədər gözləməliyəm, artıq bir ilə yaxın müddət keçib? Mənə bildirdilər ki, sən qeydiyyatda deyilsən. Bundan sonra mən orda söz-söhbət yaratdım ki, necə yəni qeydiyyatda yoxam? Ramil İsayevə dedim bəs deyirdiniz qeydiyyata aldıq?! Bundan sonra yeni müdir Emil müəllim dedi: "eybi yoxdur, yenidən qeydiyyata alaq, təmin edərik". Uzun sözün qısası, 2020-ci ildə yenidən məni İsmayıllı rayon Məşğulluq idarəsində qeydiyyata aldılar. Gəldim 1 il də gözlədim yenə xəbər çıxmadı. Bu yaxınlarda millət vəkili Novruz Aslan İsmayıllı rayon Mücühəftəran kənd sakinləri ilə görüş keçirirdi. Yaxınlaşdım problemimi dedim. Novruz müəllim dedi "bu ailə ehtiyaclı ailədir, niyə bu vaxta qədər təmin olunmayıb tələbi?"

Novruz müəllimin köməkçisi Pünhan cavab verdi ki, "iribuynuzlu heyvanlarla bağlı problemimiz var. Kvota dolub, iribuynuzlu heyvan çatışmır. Amma, xırdabuynuzlu ilə təmin edə bilərik." Mən dərhal razılaşdım. Lakin, aradan bir müddət keçdikdən sonra mən yenidən məşğulluq idarəsinə yaxınlaşanda, müdir müavini Ramil İsayev mənə dedi ki, "xırdabuynuzlu heyvan da yoxdur. Kvota dolub. Əgər istəsən keçi, yaxud bal arısı ilə təmin edə bilərik."

Mən qəti şəkildə etiraz etdim və bildirdim ki, "keçi mənim maddi durumumun yaxşılaşdırılması üçün yararlı deyil, arıçılıqdan isə ümumiyyətlə anlayışım yoxdur."

Bundan sonra idarədə söz-söhbət salıb, ordan uzaqlaşdım.

Hörmətli redaksiya:
Mən artıq bu qurumun 3 il ərzində məni aparıb-gətirməsindən, sözün əsl mənasında məni ələ salmasından cana doymuşam. Sözügedən dövlət qurumu artıq məni intihar həddinə çatdırıb. Çox xahiş edirəm səsimi Prezidentimə eşitdirməkdə mənə kömək edin."

QEYD: İsmayıllı rayon sakini Kamil Rəcəbalıyev onu da bildirir ki, "Ramil İsayev yaxınlarının nüfuzundan, öz vəzifə səlahiyyətlərindən istifadə edərək, iri və xırdabuynuzlu mal-qaranı şəxsi tanışlıqlarına, həmçinin, "onu görənlər"ə bölüşdürür. Heyvanlar təyinatı üzrə təhvil verilmir."

Bəli, dəyərli izləyicilər, bir daha qeyd edirik ki, Kamil Rəcəbalıyev Sahil Babayev və onun komandasının yarıtmaz fəaliyyətindən narazı olan yeganə vətəndaş deyil. Artıq, bir neçə müddətdir ki, Sahil Babayevin rəhbərlik etdiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəyinki sıravi vətəndaşları, hətta bu torpaq uğrunda canını qurban verən Qarabağ qazilərini, veteran və şəhid ailələrini lazımsız qərarları, özünün rahatlığından başqa kimsəyə xeyir gətirməyən, yararsız addımları ilə narazı salıb.

Yeri gəlmişkən bütün bunlar barəsində tezliklə DogruXeber.az informasiya agentliyinin rəhbəri Kamal Əsgərovun geniş çıxışı olacaq.
Bizi izləməkdə davam edin.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

 



Son xəbərlər

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

Bütün xəbərlər