Gündəm

XIRDALAN BƏLƏDIYYƏSI QANUNSUZ EV PULU YIĞIR – AÇIQLAMA

 

 
Mumtv.az: - Mənzilə görə bələdiyyə vergisinin ödənilməsi üçün bildiriş paylayıblar. Mətn elə yazılıb ki, sanki ödəniş edən olmazsa, sakinləri döyəcəklər. Bu üslubda, belə yazı tərzi ilə vətəndaşlarla danışmazlar. Hələ bələdiyyə guya seçkili orqandır.
Yazdığınız üslubla indi də gedin mənzil sahibini tapıb, görək ödətdirə biləcəksiniz? Adamları heç mən tapa bilmirdim lazım olanda”. Bu fikirləri jurnalist Rəsul Mirhəşimli yazıb. Onun qeydlərinə görə, bildiriş Xırdalan bələdiyyəsindən gəlib.
 

XIRDALAN BƏLƏDIYYƏSI QANUNSUZ EV PULU YIĞIR – AÇIQLAMA

 

Rəsul Mirhəşimli

Bildirişdə vətəndaşların ödənilməmiş vergi məbləğinə 0,1 faiz məbləğində əlavə ödəniş hesablanacağı və maliyyə sanksiyası tətbiq ediləcəyi qeyd olunur. Bələdiyyələrin vergi ödənişi ilə bağlı etdikləri bu tələb qanunauyğun deyil. Bununla bağlı Vergilər Nazirliyindən rəsmi açıqlama verilib. Açıqlamada qeyd olunur ki, Vergi Məcəlləsinin 197.1.1 maddəsinə görə, yalnız xüsusi mülkiyyətdə olan evlər üçün əmlak vergisi hesablanır. Yəni kupçası olmayan mənzilə görə əmlak vergisi tutulmur.
Nazirlikdən qeyd edilib ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 12.1-ci bəndində də "xüsusi mülkiyyət” anlayışı dəqiqləşdirilib. Qanunun həmin maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
Ona görə də Dövlət Reyestr Xidmətindən çıxarış olmadıqda həmin mülk xüsusi mülkiyyətdə olan əmlak sayılmır və onun üçün əmlak vergisi hesablanmır.
Abşeron Gənclər şəhərciyində "kupça” verilməyən mənzillərdən əmlak vergisini tələb etmək qanunsuzdur. Sakinlər bu bildirişlərin tələb tonunda yazılmasından əndişəyə düşməsinlər. Bizim yaşayış massivində yalnız "kupçası” olan mənzillərin sahibləri əmlak vergisini ödəməlidir. Bu vergilər də vətəndaşın yerli bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata alındığı gündən hesablanır. Əvvəlki illərə və vergilərin ödənilmədiyi dövrə görə heç bir faiz tutula bilməz.//TİA.Az

 



Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər