mumtv.az
mumtv.az

"Qızıl Top"a namizədlərin siyahısı yenilənib

6-07-2021, 11:13 88 dəfə baxılıb

"Qızıl Top"a namizədlərin siyahısı yenilənib

 

 

Mumtv.az: - 2021-ci ilin yekunlarına əsasən "Qızıl Top"a namizədlərin siyahısını yeniləyib.

Argentina millisi və "Barselona"nın hücumçusu Lionel Messi öncəki reytinqdəki 5-ci mövqeyindən liderliyə yüksəlib.

 

Fransa yığması və "Çelsi" klubunun yarımmüdafiəçisi Nqolo Kante isə zirvədəki yerini itirib. Yeni siyahıda o, ilk üçlüyü qapayır.

Siyahının ikinci pilləsində Robert Levandovski (Polşa, "Bavariya") dayanır. Onu Romelu Lukaku (Belçika, "İnter") və Kilian Mbappe (Fransa, PSJ) izləyir.

Portuqaliya yığması və "Yuventus"un hücumçusu Kriştianu Ronaldu isə reytinqdə 7-ci pillədə qərarlaşıb.//Sonxeber.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA