Gündəm


MUMtv.az: - Tarif Şurasının təbii qazın qiymətində dəyişiklik etməsi, hələ xeyli əvvəl əhali ilə "Azəriqaz” arasında sayğaclarla bağlı yaranmış problemi yenidən aktuallaşdırıb. Bəzi istehlakçılar iddia edirlər ki, "Azəriqaz” evlərdəki sayğacları mexaniki sayğaclarla əvəz etdikdən sonra sərfiyyat artıq göstərilir, işlətmədikləri qaza görə də onlardan pul tələb olunur. "Azəriqaz” İstehsalat Birliyi deyilənlərin həqiqətə uyğun olmadığını bildirsə də, narazı vətəndaşlardan məhkəmədə iddia qaldıranlar da var.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məsələyə münasibət bildirərkən Reyting.az-a deyib ki, iki il əvvələ qədər ölkəyə gətirilən qaz sayğacları çox keyfiyyətsiz olub. O, bunu ekspertlərin dedikləri əsasında bildirir.

Onun sözlərinə görə, əvvəl "Azəriqaz” Fransadan, amma Fransa istehsalı olmayan "İTRON” tipli sayğaclar alıb, istehlakçılar da bir növ bu sayğaclara öyrəncəli olublar: "Bildiyimiz qədər, bu sayğacların qiyməti 250 manat idi. Sonra başladılar mexaniki sayğaclar quraşdırmağa. Bu sayğacların qiyməti daha aşağı - 60-70 manatdır. Əgər əvvəlki sayğaclar baha idisə niyə almışdılar? Əhali öyrəşdi, məsuliyyəti, istifadəni biləndən sonra mexaniki sayğaclara keçməyə başladılar. Demək olar ki, Bakının 12 rayonunda bu sayğaclar quraşdırıldı, sonra başladılar dəyişməyə və bununla bağlı çoxlu şikayətlər gəldi”.

M. Qəhrəmanlı əlavə edib ki, sayğaclar dəyişdirildikdən sonra birdən-birə sayğaca çoxlu pul yüklənməsi müşahidə olunub. Yəni sərfiyyat çox göstərilib: "Vətəndaşlara əvvəlcədən bildirmədən sayğacları dəyişib mexaniki sayğacla əvəz edirdilər. Mexaniki sayğaclar isə həddindən artıq çox yazır. Sonradan bununla bağlı izahat verdilər. Məncə, problem sayğacın beynində idi”.

Təşkilat sədri diqqətə çatdırıb ki, bu yaxınlarda "Azərsu”yun sayğacları ilə bağlı da problem olub: "Bu sayğaclarda da kart sistemidir. Bununla bağlı da narazılıqlar var”.

M. Qəhrəmanlının fikrincə, qaz sayğacları ilə bağlı araşdırma aparılmalıdır. İctimai Şuralar, laboratoriyalar da bunu araşdıra bilərlər:

"İddia olunur ki, əvvəlki sayğaclarla müqayisədə mexaniki sayğaclar sərfiyyatı 2-3 dəfə çox yazır. Qaz, su, işıq sayğaclarını dəyişdirirlər. Gah da qiymətləri artırırlar. Abonentlər də məsələnin sonuna qədər getmir. Özləri də izah etmirlər ki, sayğacları niyə dəyişirik, səbəb nədir”.

Hüquq müdafiəçisi "Azəriqaz”ın bu sahədə əsaslandırmadan apardığı fəaliyyəti düzgün hesab etmir: "Azəriqaz” bunu özbaşına edə bilməz, çünki SOCAR-ın tərkibindədir, SOCAR-la razılaşmadan belə addım atmaz. "Azəriqaz” SOCAR-ın tərkibindən çıxarılmalı, özəl quruma çevrilməlidir. Amma özəl quruma o qədər qohum-əqrəba yığa bilmirlər, çünki qurum özü qazanmalı, özünü dolandırmalıdır.

Düşünürəm ki, hasil edənlə, satan bir əldə toplana bilməz. Burada elə "hörümçək toru” düzəldiblər ki, aləm qarışıb... Araşdırmalar aparılmalı, izahını verməlidirlər ki, sayğacları niyə dəyişdirdilər? Bu dəyişmə davam edir.

"Azəriqaz” elə qurumdur ki, gəliri, çıxarı, iqtisadi cəhətdən effektivliliyi, bütün addımları, qiymətlərin tənzimlənməsi, sayğacların quraşdırılması idarə və onun tabe olduğu qurumda çalışan insanların - sahə üzrə məsul şəxslərin peşəkarlığından asılıdır.

Amma mən alqı-satqılarda şəffaflıq görmürəm. Əgər əvvəl alınan sayğaclar baha idisə, bu təklifi verən, müqavilə bağlayan cəzalandırılmalı idi. Onlar üçün bahalı gələn sayğac abonent olaraq mənim üçün daha əlverişli idi”.

M. Qəhrəmanlı qeyd edib ki, xaricdə sayğacların satışı bir neçə özəl şirkət vasitəsilə həyata keçirilir və orda da mexaniki sayğaclardan istifadə olunur: "Azərbaycanda isə hər şeydə qeyri-şəffaflıq, korrupsiya əməlləri görürük. Nə qədər ki, ölkədə şəffaflıq yoxdur, əhaliyə düzgün informasiya verilmir, korrupsiya əməlləri var, problemlər həllini tapmayacaq”.

Hüquq müdafiəçisi sonda qeyd edib ki, abonentlə doğru işləmədilər: "Bu halların aradan qaldırılması üçün özəl qurum yaradılmalıdır. Orada işləyən qeyri-peşəkarların iqtisadi əsaslandırma edə bilməməsi nəticəsində çoxlu bahalı sayğaclar alındı və ölkəyə iqtisadi ziyan vurdular. Müstəqil qurum da görmürəm ki, deyəm, bu necə araşdırılmalıdır? Camaata artıq qaz və supulu yazılır, tariflər artırılır, işsizlik artır”.

DİA.AZ "Azəriqaz” İstehsalat Birliyinin məsələyə münasibətinə yer ayırmağa hazırdır.//dia.az

Son xəbərlər

Bu şəxslər 2500 manat cərimə ediləcək

Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO

ISW rusların bu il Ukraynada nə qədər ərazini ələ keçirdiyini açıqladı

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Bütün xəbərlər