Gündəm

 


 

Mumtv.az: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillik təyinatı ilə bağlı siyasəti kütləvi narazılıq doğurur.

Hər bir rayonda olduğu kimi, "Qazax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs Həkim Məsləhət Komissiyası tərəfindən Tibbi-Sosial Ekspert Komissiyasına göndərilən bildirişlərə müsbət cavabın verilməməsi, artıq Ağstafa və Qazaxda da kütləvi narazılıqla müşayiət olunur.

Həkim Məsləhət Komissiyaları ilə ƏƏSMN-in Respublika Tibbi Sosial Ekspertiza Mərkəzi tərəfindən "ötür-ötür oyununu” davam etdirmələri xəstələrin aqressiyasını artırır. Əlillər 3 mərhələli əziyyətə salınır.

Birinci halda,əksəriyyət xəstələrin ilkin olaraq, Ağstafa və Qazaxda müayinə olunmasına dair xəstəlik vəziyyəti Respublika Tibbi Sosial Ekspertiza Mərkəzinin həkimlərini qane etmir, kütləvi şəkildə onlara stasionar məsləhət bilinir.

İkinci halda, xəstələrin stasionarı qəbul etdiklərinə dair təkrar xəstəlik tarixi Respublika Tibbi Sosial Ekspertiza Mərkəzinə göndərilir. Bu da yetərli olmur.

Üçüncü halda, əlillərdən xəstəliklərinin Bakı şəhərində yerləşən xəstəxana həkimləri tərəfindən təsdiqlənməsi istənilir. Əksəriyyət xəstələr bu üçüncü mərhələni də keçir, ağır xəstə olduqları təsdiqlənir. Bundan sonra, təkrar sənədlər xəstəlik tarixinə aid kodlar üzrə ƏƏSMN-nin Tibbi Sosial Ekspertiza Mərkəzinin həkim komissiyasına göndərilir. Yenə də bu komissiya tərəfindən hansısa bəhanə gətirilir və xəstəliklər üzrə əlillik təsdiq edilmir. Yəni, nazirlik rəsmiləri özləri özlərini təkzib etmiş vəziyyətdə qalırlar.

Elə buna görədir ki, son günlər Ağstafa və Qazaxda narazılığın miqyası bir az da genişlənib, ağır dərəcəli boyun yırtığı, zob, ürək, revmatizma, şəkər, insult kimi bir neçə xəstəliyi olan əlillər hakimiyyətdən narazı salınıb. Artıq xəstələr bilir ki, ƏƏSMN Respublika Tibbi Sosial Ekspertiza Mərkəzi onların xəstəliklərini inkar edə bilmir, əlilliyin təsdiq edilməsini isə məqsədli şəkildə yubadırlar. Yoxsa, hər gün Ağstafa və Qazaxda yerləşən xəstəxanaların poliklinika şöbələrində narazılıqlarla müşayiət olunan münaqişələr nədən yaransın ki?

Mövcud bu yanaşma isə dərmana ehtiyacı olan, amma bunu ala bilməyən əlilləri, onların ailə üzvlərinin qəzəbini bir az da artırır.

Subyektiv fikirimizdir ki, haradasa Sahil Babayev bir daha düşünməlidir - sabiq nazir Səlim Müslümova əhalinin olan qəzəbinin qarşısını nə aldı?//Gundemxeber.Az

Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər