mumtv.az
mumtv.az

Qubada qeyri-adi qərar - bu qadınların bu məkanlarda fəaliyyət göstərməsi qadağandır

Qubada qeyri-adi qərar - bu qadınların bu məkanlarda fəaliyyət göstərməsi qadağandır
30-06-2021, 19:11 165 dəfə baxılıb

Qubada qeyri-adi qərar - bu qadınların bu məkanlarda fəaliyyət göstərməsi qadağandır

Bu gün DogruXeber.az İnformasiya agentliyinin redaksiyasına maraqlı məlumat daxil olub.

Belə ki, redaksiyamıza daxil olan məlumata görə Quba rayon Ağsaqqallar şurası rayon İcra Hakimiyyətinə, həmçinin rayon Polis idarəsinə qəribə təklif verib. Təklif isə ondan ibarətdir ki, Quba rayonunda fəaliyyət göstərən kafe və restoranlarda yalnız yaşlı qadınların çalışmaq icazəsi olsun. Cavan qadınların sözügedən ictimai-iaşə obyektlərində çalışması qadağan edilsin. Səbəb isə bu yolla əxlaqsızlığın qarşısını almağın mümkün olduğunu göstəriblər.

Deyilənə görə artıq dünəndən etibarən Quba rayon Polis idarəsində, eləcə də digər yerli İcra orqanlarında Ağsaqqallar şurasının bu (qeyri-adi) təklifi artıq "daxili qərar" olaraq qüvvəyə minib və icrasına "start" verilib. Rayon sakinlərinin bəziləri bu qərardan məmnundurlar.

P.S: Qarşı tərəflə əlaqə saxlayaraq, məsələyə aydınlıq gətirmələrini istədik. Lakin, təəssüflər olsun ki, 17:08-i göstərən iş saatlarında Quba rayon İcra Hakimiyyətinin rəsmi internet saytında yerləşdirilən telefonların heç biri cavab vermədi.

Biz yenə də qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

DogruXeber.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA