Gündəm

Universitetlərə etiraz: - “Bazar tələblərinə uyğun kadr hazırlanmır”

 

 
Mumtv.az: - Son günlər müzakirə olunan əsas məsələlərdən ali təhsil müddəti ilə bağlıdır. Belə ki, universitetlərin bakalavr pilləsində təhsilin üç il, magistratura pilləsində isə bir il olması nəzərdə tutulur.
Təhsil eksperti Kamran Əsədov  məsələyə belə münasibət bildirdi:

"İlk növbədə qeyd edim ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra, təhsil haqqında qanunun qəbulu çox gecikdi, yəni 2009-cu ildə qəbul olundu. Bu "Ümumi təhsil haqqında" qanun idi. Amma təhsilin müxtəlif pillələri haqqında ayrıca qanun layihəsinə ciddi ehtiyac var idi. Bunlara "Məktəbəqədər təhsil haqqında" qanun, "Peşə təhsili haqqında" qanun və yekunda "Ali təhsil haqqında" qanun aiddir. Əvvəl qeyd etdiyimiz pillələr haqqında qanun layihəsi qəbul edildi. "Ali təhsil haqqında" qanuna da çox ciddi ehtiyac var. Ali təhsilin idarə olunması, vəzifələri, hüquqları və s. - bunlar hamısı ümumi əsasda qanunvericilikdə göstərilib. Eyni zamanda, idarə etməsinin demokratikliyindən tutmuş, prinsipial məsələlərdə belə çox ciddi boşluqlar var. Təhsil sənədlərinin verilməsi, təhsil sənədlərinin müddəti kimi məsələləri bu qanun tənzimləməlidir. Ona görə ki,vahid qanunvericilik yoxdur və hər biri ayrıca fəaliyyət göstərir. Məhz ona görədir ki, Azərbaycan universitetləri dünya reytinqində yoxdur. Onların maddi-texniki bazası dövrün tələblərinə cavab vermir. Konkret rəqəmlərə baxaq: bu gün ölkəmizdə 164 min tələbə təhsil alır, 4 ildən sonra onların yalnız 42 faizi işlə təmin oluna bilir. Qalanlar isə qeyri-ixtisas sahələrində işləyirlər və yaxud da işsiz qalırlar. Çünki onlar istehsalatın və ya əmək bazarının tələblərinə uyğun kadr hazırlaya bilmirlər”.

K.Əsədovun sözlərinə görə, ciddi dəyişikliklərə ehtiyac var:

"Bizdə bəzi ixtisaslar "ölü”dür. Elə kafedralar var ki, mənasız yerə bölüşdürüblər. Belə hallar bütün universitetlərdə var. Təsəvvür edin ki, dünya artıq nanotexnologiyaya keçib. Biz hələ yarımkeçiricilərdən danışırıq. Universitetlər bu əlavə, mənasız fakültələrlə, ixtisaslarla öz xərclərini artırırlar. Düşünün ki, universitetlərdə iki tarix kafedrası var. Biri təbiət, biri humanitar ixtisaslar üzrə. Bu nəyə lazımdır axı? Ona görə də bu qanuna çox ehtiyac var. Ali məktəblər hazırladıqları kadrların əmək bazarında onlara ehtiyac olub-olmadığı bilməlidirlər. Çox uzağa getmədən belə bir misal gətirim: Türkiyədə 3 qurum yanaşıdır. Yəni Əmək və Sosial Müdafiə Nazirliyi, Təhsil Nazirliyi və universitet. Sosial Müdafiə Nazirliyi sifariş verir ki, konkret bilik və bacarıqlara malik kadr yetişdir. Təhsil Nazirliyi də bunun planını hazırlayır və universitetlərə göndərir ki, siz buna uyğun kadr hazırlaya bilərsiz, ya yox? Hansı universitet bu kadrları hazırlaya bilirsə, dövlət plan yerlərini onlara ayırır. Bizdə isə bütün universitetlər eyni ixtisaslardan kadr hazırlayırlar. Universitetin istiqamətinə uyğun olmasa da, kadr hazırlanır. Buna nə ehtiyac var? "Hazırlamaq” deyəndə ki, qəbul aparırlar, amma hazırlaya bilmirlər. Ona görə də ilk öncə əmək bazarı dəyərləndirilməlidir. Daha sonra ehtiyac olan sahələr üzrə kadr yetişdirilməlidir. Hesab edirəm ki, qanunda nəzərdə tutulmalı ən vacib məsələlərdən biri universitetlərin istehsalata inteqrasiyası olmalıdır”.//dia.a

Son xəbərlər

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Bütün xəbərlər