Gündəm

Bəs sahibkar vergidən yayınırsa, fəhlələrin pulunu vermirsə, necə?! - İLGİNC İDDİALAR...

 

 
Mumtv.az: - Bildiyiniz kimi, bir neçə gün bundan öncə Azərbaycan əsilli iş adamı Fərhad Əhmədovun qardaşı oğlu, "AzNar”ın Baş direktoru Teymur Əhmədovun qanunsuz əməlləri barədə vətəndaş şikayətləri əsasında material dərc etmişdik. Milyarder F.Əhmədova məxsus olan "AzNar”da baş verən qanunsuzluqlardan, işçilərin maaşlarının verilməməsindən, vergidən yayınma hallarından və T.Əhmədovun qanunazidd əməllərindən ətraflı bəhs etmişdik.

Məsələ ilə bağlı F.Əhmədovla bağlı əlaqə yaratmaq cəhdlərimiz boşa çıxsa da, onun qardaşı oğlu T.Əhmədovun yaxın ətrafı ilə ünsiyyət qura bildik. T.Əhmədovun "sərhdəsiz” həyat tərzini nəzərə alaraq, onunla əlaqə yaradıb məsələyə münasibət öyrənməyi məqsədəuyğun hesab etmədik.

Ancaq T.Əhmədovun yaxın ətrafından ilginc məlumatlar daxil oldu.

Bildirilir ki, F.Əhmədov biznesinin böyük bir hissəsini qardaşı oğlu 30 yaşlı Teymura həvalə edib. O, Teymura dərin inam bəsləyir, ona görə də vətəndaşların incidilməsini də görməzdən gəlir, Teymurun xətrinə dəymək istəmir.

Hətta F.Əhmədov qardaşı oğlunun Azərbaycandakı qanunsuz əməllərini Milli Məclisin deputatı Sabir Hacıyevin vasitəsilə ört-basdır etdiyi bildirilir.

Belə ki, F.Əhmədovun xahişi ilə S.Hacıyev Teymuru özünün "siyasi himayəsi” altına alıb, o, Teymurla müxtəlif qurumlar arasında əsas "vasitəçi” isimdir.

S.Hacıyevin oğlu Kamal Hacıyevlə Teymur Əhmədov dostdur. K.Hacıyev də məhz F.Əhmədovun əlaqələri vasitəsilə Rusiyada, Amerikada, Maltada geniş biznes şəbəkəsi qurub. Bundan başqa, K.Hacıyevin qaynatası olan iş adamı Bəylər Məmmədovun F.Əhmədovla yaxın münasibətləri var. S.Hacıyevin biznes şəbəkəsinə daxil olan şirkətlər barədə mətbuatda kifayət qədər məlumat olduğuna görə, bu məsələyə toxunmaq istəmirik.

Vətəndaşların "AzNar”l bağlı şikayətlərinə Göyaçay Rayon İcra hakimiyyətindən də reaksiya verilmir, insanlar get-gələ salınır. Heç şübhəsiz, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin F.Əhmədovla olan isti münasibətləri vətəndaşların haqlı mövqeyini arxa plana atmış olur.

Teymurdan icra hakimiyyətinə olunan şikayətlərə isə "sahibkarları incitmək olmaz” şəklində cavab verilir. Bəs sahibkar vergidən yayınırsa, fəhlələrin pulunu vermirsə, necə!? Dövlətin sahibkara dəstəyi onu qanunsuzluğa sövq etməməlidir.

T.Əhmədovu himayə etməsi ilə bağlı səslənən ittihamlara cavab vermək üçün deputat S.Hacıyevə, onun köməkçisinə edilən zənglərimizə cavab verən olmadı.//dia.az

Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər