Gündəm

Fərhad Əhmədovla bağlı 300 min dollarlıq qalmaqal – İş adamı malikanəsində işləyənlərin pulunu vermir

 

 
Mumtv.az: - Rusiyada yaşayan azərbaycanlı iş adamı Fərhad Əhmədovun 300 min dollar borcu var və o, borcunu qaytarmaq niyyətində deyil. REPORTYOR.info xəbər verir ki, iş adamı İsmayıllı rayonunun Kürdmaşı və Göyçay rayonun Potu kəndində yerləşən iqamərgahında işləyən şəxslərə borcludur.
İqamətgahda aparılan təmir işlərinə rəhbərlik edən Nəriman Qarayev deyir ki, layihə 2 il davam edib. "2017-ci ildən 2019-cu ilə qədər İsmayıllı rayonun Kürdmaşı və Göyçay rayonun Potu kəndində Fərhad Əhmədova məxsus malikanədə işləmişik. Nəticədə 300 min dollar bor yaranıb. Amma Fərhad Əhmədov işçilərin pulunu vermək istəmir”, – deyə Nəriman Qarayev bildirib.

Onun sözlərinə görə, Fərhad Əhmədov borcunu ödəməkdən yayınmaq üçün bir neçə dəfə audit yoxlaması aparıb. Bütün yoxlamalarda iş adamının 300 min dollar borcunun olduğu üzə çıxıb. Lakin Fərhad Əhmədov yenə də nəticələrlə razılaşmayıb. O sonuncu dəfə Rusiyada audit şirkəti dəvət edib. "Bu yoxlama da bizim doğru danışdığımız məlum oldu. Yəni, auditin nəticəsində bir daha aydın oldu ki, Fərhad Əhmədovun 300 min dollar borcu var”, – Nəriman Qarayev bildirib.
Bununla belə, iş adamı yenə də borcunu ödəməkdən imtina edib. "Dedi ki, mən bunlara da inanmıram” deyən Nəriman Qarayev bildirib ki, audit yoxlamaları bəhanədir. Fərhad Əhmədov sadəcə onun malikanəsində işləyənlərin pulunu vermək istəmir.
Şikayətçinin sözlərinə görə, dəfələrlə müvafiq qurumlara müraciət edilib. Lakin nəticə yoxdur. "Əksinə, Fərhad Əhmədov işçilərdən bəzilərinə özlərinə sərf edən sənədlərə imza atdırıb, pulun az bir qismini ödəyib. Söhbət İsmayıllı rayonunun Kürdmaşı kəndində Fərhad Əhmədovun malikanəsində işləyənlərdən gedir. Həmin sənədlərdə saxtakarlıq, şərləmə var. Faktiki olaraq bizim üçün təhlükə yaranıb. Ona görə də hüquq-mühafizə orqanlarına da müraciət etmişik”, – deyə Nəriman Qarayev bildirib.

Şikayətçinin sözlərinə görə, 3 il ərzində İsmayıllı və Göyçay icra hakimiyyətlərinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə və digər müvafiq rəsmi qurumlara çoxsaylı şikayətlər ediblər. "Yalnız DİN operativ reaksiya verib. İşçiləri çağırıb izahat alıblar. Hazırda araşdırma aparılır. Yəqin ki, yaxın vaxtlarda bir tədbir görüləcək”, – deyə Nəriman Qarayev əlavə edib.
İsmayıllı rayonunun Kürdmaşı kəndində Fərhad Əhmədovun malikanəsində işləyən Allhverdi Qafarov da iş adamının borcunu ödəmək istəmədiyini bildirib. Onun sözlərinə görə, Fərhad Əhmədov borcu ödəmək əvəzinə işçilərə müxtəlif yollarla təzyiq edir.
Şikayətçilər bildirib ki, iş adamının təzyiqlərinə və müxtəlif yollarla borcu ödəməkdən yayınmasına baxmayaraq haqları uğrunda sona qədər mübarizə aparacaqlar.
Onlar məsələ ilə bağlı bütün müvafiq sənədləri, o cümlədən audit yoxlamalarının nəticələrini də redaksiyamıza təqdim ediblər.
Daha bir maraqlı fakt isə ondan ibarətdir ki, Fərhad Əhmədovun İsmayıllıda və Göyçayda şəxsi mülkiyyəti istifadə etdiyi torpaq sahələri kənd təsərrüfatlı təyinatlıdır. Qanunvericilik bu torpaqlarda tikinti aparılmasını qadağan edir. Amma hansısa səbəbdən bu qanun Fərhad Əhmədov üçün keçərli olmayıb.//dia.az

Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər