Gündəm

Babakişiyev Salman

Bildiyimiz kimi 44 günlük Vətənimizin ərazi bütövlüyü uğrunda gedən müharibədə 30 ilə yaxın erməni işğalı altında olan Qarabağ torpaqlarımızı azad etmək üçün başda Ali Baş Komandan İlham Əliyev olmaqla, Onun rəhbərliyi altında "Dəmir yumruq" kimi ətrafında sıx birləşərək Vətənpərvər gənclərimiz Vətən deyib - haqq savaşına qatıldılar və torpaqlarımızı mənfur düşmənimiz olan erməni işğalçılarından qanları, canları bahasına azad etdilər.

Hörmətli oxucularımız belə igid, qorxmaz, qəhrəman, Vətənpərvər oğullarımızdan biri də könüllü olaraq İkinci Vətən müharibəsində, yəni 44 günlük haqq savaşında 30 ilə yaxın erməni işğalı altında olan Qarabağ torpaqlarımızın azad edilməsində, Vətənimizin ərazi bütövlüyü uğrunda fədakarlıqla döyüşən 04.07.1992-ci il təvəllüdlü, Gürcüstan Respublikasının Marneuli rayonunun Ağaməmmədli kəndində ziyalı ailəsində dünyaya göz açmış Babakişiyev Salman Gəray oğludur.

O, orta məktəbi Sabunçu rayonu A.Qambayzadə adına orta məktəbdə oxumuş, 2010-cu ildə bu məktəbi bitirdikdən sonra Ukraynanın Kiyev şəhərində "KROK" İqtisadiyyat və Hüquq Universitetinə qəbul olaraq, 2014-cü ildə Universiteti bitirmişdir. Salman vətəninə, torpağına, dövlətinə bağlı olan igid oğullardan biridir. Çünki o, Ali təhsil almasına baxmayaraq həmişə qəlbində Vətən və torpaq sevgisi olub.
Babakişiyev Salman

Ali məktəbi bitirdikdən sonra, 2014 -cü ildə o, hərbi xidmətə çağırılmış və hərbi xidmətini N saylı hərbi hissədə keçirmişdir. Hərbi hissədə qulluq etdiyi dövrdə o, nümunəvi xidmətinə, döyüş hazırlığı və idman dərslərində, o cümlədən hərbi hissələr arasında keçirilən yarışlarda aktiv olaraq, fəal iştirakına görə hərbi hissə komandiri tərəfindən dəfələrlə Fəxri Fərman və müxtəlif mükafatlarla təltif olunubdur. Salmanın həmişə bir tək arzusu olub: " Tez bir zamanda cənab Prezident tərəfindən əmr verilsin Vətəninə xidmət edib, torpaqlarımızı erməni işğalından azad etsin."
Babakişiyev Salman
Salmanın nəhayət ki, həmin gözlədiyi an gəldi və Ali Baş Komandan cənab İlham Əliyevin göstərişi ilə ölkədə qismən səfərbərlik elan olundu. O, 28 aprel 2020-ci ildə Xətai rayonu Hərbi Komisarlığın səfərbərlik idarəsinə könüllü olaraq Qarabağ torpaqlarımız uğrunda gedən döyüşlərdə iştirak etdiyinə tam hazır olduğunu bildirib və 29 aprel 2020-ci ildə səfərbərlik idarəsindən döyüşə, Vətənini, torpağını mənfur erməni faşistlərindən azad etmək üçün yollanıb.
Babakişiyev Salman

Onun döyüş əməliyyatları ilk öncə Goranboy rayonunun Ağca kəndindən başlamışdır. Sonra Ballıqaya və Talış kəndində, daha sonra Sarcalıda, Ağdərə ərazisində Ağuçuğ deyilən meşənin ətəyində, Suqovuşan və Kəlbəcərdə döyüşübdür. Döyüş bitdikdən, şanlı ordumuz qələbə əldə etdikdən sonra isə Salman Ağdərə və Talış kəndinin üstündə yerləşən dağlıqda Qaranlıq meşə deyilən yerdə, onlar üçün ayrılmış postda Vətənə olan xidmətini davam etdiribdir.
Babakişiyev Salman
Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən Babakişiyev Salman Gəray oğlu Suqovuşan kəndinin işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyi üçün "Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

P.S. Sonda məndə "Qanunyolu.info.az" xəbər portalının rəhbəri olaraq kollektivimiz adından Vətəni üçün canından, qanından keçməyə və özünün müsahibəsində dediyi kimi: "Mən fəxr edirəm ki, torpaqlarımızın azad olunması uğrunda döyüşmüşəm və lazım gələrsə yenə də hər zaman döyüşməyə hazıram" söyləyən fəxrimiz Salman Babakişiyevi təbrik edərək, ona həyatda xoş və firavan ömür, gələcək işlərində yeni-yeni müvəffəqiyyətlər arzulayıram. Biz sizin kimi igid, mərd, qəhrəman Vətən oğullarımızla daima qürur duyur və fəxr edirik!
Babakişiyev Salman
#BizBirlikdəGüclüyük!

Qanunyolu.info.az" Təsisçi və baş redaktor
Arif Süleymanlı

 
 
 

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər