Gündəm

Əmrullayev təhsili XİLAS EDƏ BİLƏCƏKMİ? - BÖHRAN

 


 

 

Mumtvnaz: - "Abituriyent” jurnalının 12-ci buraxılışında ötən il orta məktəbləri bitirən və eləcə də universitetə qəbula üz tutan şagird və abituriyentlərlə bağlı göstəricilər açıqlanıb. Əvvəlki illərdə olduğu kimi, bu dəfə də nəticələr məyusluq doğurur. Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatından aydın olur ki, ötən il qəbul imtahanına qatılan abituriyentlərin 43 faizə yaxını 700 mümkün baldan 200-dən azını toplaya bilib. Beş ballıq sistemlə qiymətləndirməyə görə bu abituriyentlərin nəticələri "2” qiyməti ilə dəyərləndirilib. Topladığı bala görə "5” alan abituriyentlərsə, imtahana qatılanların cəmi 9.7 faizi olub. Abituriyentlərin 21 faizinin imtahan nəticəsi "3”, 26.6 faizinin imtahan nəticəsi isə "4” qiyməti alıb. Pandemiya ilində imtahan nəticələri "2” və "3” ilə qiymətləndirilən abituriyentlərin sayı 2019-cu illə müqayisədə çoxalıb.


Daha bir diqqətçəkən məqam odur ki, orta məktəbi "5” qiyməti ilə bitirən abituriyentlərin cəmi 32 faizi, yəni təxminən hər üçündən biri qəbul imtahanında da eyni nəticəni göstərib. Bu durum orta məktəblərdə qiymətləndirmə sisteminin gerçəkliyi əks etdirib-etdirməməsi baxımından haqlı suallar doğurur.

Göstəriciləri "Press Klub”a şərh edən təhsil eksperti Kamran Əsədov bildirdi ki, təhsil qanunvericiliyinə görə, orta məktəbin məqsədi təkcə ali məktəblərə tələbə hazırlamaq deyil. Orta məktəblər şagirdlərdə minimum bilik və bacarıqları formalaşdırmalıdır. Ekspert xatırlatdı ki, I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak edən abituriyentlərin 26 faizi 0-99 bal yığıb:

"Bundan başqa, attestatda bütün qiymətləri "5” olan abituriyentlərlə bütün qiymətləri "3” olan abituriyentlərin imtahan ballarını müqayisə edəndə görürük ki, tam orta məktəbi bütün fənlərdən "3” qiymətlə başa vuran məzunların 94.13%-nin qəbul imtahanlarındakı nəticələri də çox zəif – 0-200 bal intervalında olub. "5” qiymətlə bitirən məzunların isə yalnız 32.06%-i attestat qiymətlərini doğrulda bilib. Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir. Təhsil Nazirliyində hesab edirlər ki, ali məktəblərə qəbul imtahanı zamanı ən mühüm göstəricilərdən biri olan orta bal cari ilin məzunlarının hazırlıq səviyyəsini tam əks etdirmir. Çünki orada əvvəlki illərin məzunlarının da sayı var. Yəni imtahanlar zamanı orta qəbul balını müəyyənləşdirərkən buna əvvəlki illərin məzunlarının da ciddi təsirinin olduğunu nəzərə almaq lazımdır. Çünki hər il universitetə sənəd verən bütün abituriyentlər həmin ilin məzunu olmur. Əvvəlki illərin məzunlarının məzun olduqları illərə görə topladıqları orta balın təhlili göstərir ki, məzun olunan il uzaqlaşdıqca, toplanan orta bal azalır. Yəni illər ötdükcə abituriyentin bilik və hazırlığı təbii olaraq azalır və bu da özünü imtahan nəticələrində göstərir”.

K.Əsədovun sözlərinə görə, illər üzrə ballara nəzər salanda aydın olur ki, müəyyən ilin abituriyentlərinin orta balı cari ilə yaxınlaşdıqca, özündən əvvəlki ilin abituriyentlərinin orta balından yüksək olur:

"Əslində nəticələri zəif olan məktəblərə nəzər saldıqda görürük ki, onlara rəhbərlik edənlər qeyri-ixtisasın nümayəndələridir. Yəni direktorluq haqqında qanunun tələbinə görə, yalnız ali pedaqoji təhsili olanlar məktəbə rəhbərlik edə bilərlər. Bu, o deməkdir ki, onlar təhsili dərindən bilənlərdir. Lakin hazırda qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq ixtisasdəyişmə ilə müəllimlik adını alıb, direktor işləyən şəxslər var. Onlar direktorluğa Təhsil Nazirliyi tərəfindən keçirilən imtahanlarda qalib gələ bilməmələrinə baxmayaraq, hansısa yolla təyin olunublar”.

Ekspert hesab edir ki, 2 il ərzində məzunları ali məktəblərə qəbul imtahanlarında uğur qazanmayan məktəb direktorları vəzifədən uzaqlaşdırılmalıdır:

"Onlar uzun müddətdir ki, öz qohum-tanışlarını məktəbə cəlb edib, dövlət vəsaitini mənimsəyirlər. Hesab edirəm ki, bu direktorlar və nəticələri zəif olan məktəblər barəsində ciddi tədbir görmək lazımdır. Son illərin imtahan nəticələri göstərir ki, orta məktəblərdə tədrisin keyfiyyətinə nəzarət yoxdur”//dia.az

Son xəbərlər

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

9 və 28 mayda ardıcıl qeyri iş günləri olacaq? — Əmək Məcəlləsi nə deyir?

Əskipara kəndindəki kilsə boşaldılır

Paşinyanın müavini Azərbaycana qaytarılan kəndlərin rəhbərləri ilə görüşəcək

Elektrik enerjisindən istifadə qaydaları dəyişdi

Bu xanım icra başçısının müavini təyin olundu

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTO

Masallının 10 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq

Prezident bu gün Moskvaya səfər edəcək

Hüquqi şəxslərə dair yeni tələb

Emin Əmrullayev vətəndaş adı ilə işçilərini qəbul edib

Neftçalada vəzifə uğrunda mübarizə — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

Abşeron rayonunda növbəti vətəndaş qəbulları və görüşlər keçirilib

Almaniya XİN-dən Azərbaycan-Ermənistan razılaşmasına dair AÇIQLAMA

Qarabağdan gedən Rusiya sülhməramlıları Goranda toplaşdılar

Bütün xəbərlər